TOP 10

Azərbaycanın 3 boksçusu AÇ-nin yarımfinalında

Boks
Tarix: 2019-03-14 19:00

Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin görüşləri başa çatıb. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin 3 üzvü yarışın yarımfinal mərhələsinə vəsiqə əldə edib.


Baş məşqçi Vaqif Şirinovun komandasından Rüfət Hüseynov (49 kq) Attila Bernatla (Macarıstan) qarşılaşıb. Boksçumuz rəqibini 5:0 (29:27, *28:28, *28:28, *28:28, 29:27) hesabı ilə məğlub edib. O, yarımfinalda Rusiya idmançısı Volodya Mnatsakanyanla döyüşəcək. Qarşılaşma martın 15-də olacaq.


Cəbrayıl Yelekov (81 kq) da 1/4 finaldakı çıxışını qələbə ilə bitirib. O, bu dəfə Kristin Nikolovu (Bolqarıstan) yarışdan kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27). Təmsilçimiz final üçün Aleksandr Poxrebnyakla (Ukrayna) gücünü yoxlayacaq. Bu görüş martın 16-na təsadüf edəcək.


Həmin gün yığmamızın digər üzvü Məhmməd Abdullayev (+91 kq) də rinqə çıxacaq. O, 1/4 finalda Vladislav Muravinə (Rusiya) 5:0 (30:27, 29:27, 30:26, 30:27, 30:27) hesabı ilə qalib gəlib. Həmyerlimiz yarımfinalda xorvatiyalı Luka Pratlyaçiçlə qarşılaşacaq.


Bu boksçulardan fərqli, Ruslan Rüstəmov (60 kq) 1/4 final səddini keçə bilməyib. Təmsilçimiz Dmitri Tsaşkeviçlə (Belarus) gərgin keçən döyüşdən 2:3 (28:29, 29:28, 29:28, 27:30, 28:29) hesablı məğlubiyyətlə ayrılıb. Nəticədə o, çempionatı 5-ci pillədə başa vurub.


Qeyd edək ki, yarımfinala vəsiqə qazanan boksçularımız özləri üçün ən azı bürünc medalı təmin ediblər. Bu gün isə Avropa çempionatında istirahət günüdü.

22 May 2019
21 May 2019
B.eÇ.aÇC.aCŞB