TOP 10

Urbonas millimizi bəyənib, Bakıya yaxşı əhval-ruhiyyədə gəlməyə köklənib: "Azərbaycan yığmasıyla bağlı məni bir şey düşündürür ki, görəsən..."

Futbol
Tarix: 2019-03-14 16:27

Martın 25-də "Bakcell Arena"da yoldaşlıq görüşündə qarşılşacaq Azərbaycan və Litva yığmaları artıq heyətləri açıqlayıb. Rəqibimizin baş məşqçisi Valdas Urbonasın ardınca millimizin xorvatiyalı çalışdırıcısı Nikola Yurçevic bunu edib. Urbonas Sport24.az-a müsahibəsində həm öz heyətlərini təhlil edib, həm də millimizin oyununa qiymət verib, əldə etdiyi məlumatları bizimlə bölüşüb. 

 

- Artıq Azərbaycana qarşı heyəti açıqlamasınız. Hansı çətinliklərlə üzləşdiniz?

- Zədəlilərimiz oldu. Azərbaycanda çıxış edən Edvinas Girdvainisin zədələndiyini bilirsiniz. Bu üzdən "Keşlə"nin müdafiəçisi sıralarımızda olmayacaq. Bir hücumçumuz da zədələnib - Lukas Spalvis. Ona da qarşıdakı oyunlarda bel bağlaya bilmirik. Qalan ümid bəslədiklərimizin hamısı siyahıdadı.

 

- Yəni, zədə olmasaydı, Edvinası çağırmaq fikrindəydiniz?

- Əlbəttə, onun siyahımızda olacağına düşünürdük. Edvinas güvəndiyim futbolçulardandı. Ancaq bu, futboldu, zədə olur. Bunu da başa düşmək lazımdı ki, hər şey olur. Allah eləsin ki, tez sağalaraq sıraya dönsün. 

 

- Bilirəm ki, Girdvainislə telefon söhbətiniz olub. Maraqlıdı, ondan Azərbaycanda legioner həyatı yaşayan bir futbolçu kimi millimiz haqda bir şeyşey soruşmusunuz?

- Yox. Hələ ki ilk oyunla bağlı məşğuluq. Necə ki Azərbaycan millisi də AVRO-2020-də ilk qarşılaşmasına hazırlaşır. Xorvatiyanın qonağı olacaqsınız, biz isə Lüksemburqun. İndi daha çox bu səfər matçına diqqət yetiririk. Hər halda, bu, rəsmi oyundu. Ancaq təbii ki, diqqətimizi bir az da Azərbaycan millisinə yönəldirik. Yəqin ki, oxşar vəziyyətdi, siz də belə edirsiniz. 

 

- Bir az deyəndə, millimiz haqda hansı məlumatı toplamısınız, hansı oyununu izləmisiniz?

- İnformasiyam var. Millinizin Millətlər Liqasında bir neçə oyununu izləmişəm. Komandanız xoşuma gəlib. 

 

- İlk növbədə hansı planda?

- Oyun quruculuğunda. Fərdi planda güclü futbolçularınız var. Sadəcə, bir məqam var. Deməzdim ki, narahat edir, sadəcə, düşündürür.  

 

- Nədi?

- Görəsən yeni baş məşqçinizdə oyun planında vəziyyət necə olacaq? Azərbaycan yığmasının baxdığım qarşılaşmalarda oyun dəst-xətti məndə xoş təəssürat oyatdı. Bu üzdən komandanızla görüşmək maraqlı olacaq. 

 

- Millimizin heyəti açıqlanıb ki, orda əsas diqqəti kapitan Kamran Ağayev yoxluğudu. Ümumiyyətlə, heyətimizi özünüz üçün təhlil etmisiniz?

- Bilirəm ki, siyahı açıqlanıb, heyətlə tanış olmuşam. Ancaq hələ ki dərindən təhlil etməmişəm. Baş məşqçinizin kapitanınızla bağlı qərarını şərh etməyim lüzumsuzdu. Bunu edə də bilmərəm. Özünüz məşğul olmalısınız ki, nə necədi. Bu, bizim mətbəx deyil (gülür).

 

- Belə qənaətə gəldim ki, millimizdə hansısa futbolçunu tanımırsınız...

- Sizə gördüklərimi dedim. Yığmanızla tanış oldum. Bilirəm ki, millinizdə yaxşı futbolçular var. Daha çox komanda kimi oyununuz yadımda qalıb. Detallarla bağlı danışmağı mənasız sayıram. Daha çox Xorvatiya ilə oyununuza konsentrasiya olacağıq. Bu zaman milliniz haqda daha çox informasiyaya malik olacağıq. 

 

- Həmin qarşılaşmayla bağlı proqnozunuz necədi?

- Sizin baş məşqçi kimi mən də onu fikirlərşirəm ki, onun sübut etməli şeylər var. Yurçeviç də həmyerlilərinə qarşı çıxaracağı komandayla yaxşı futbol göstərmək istəyir. Şans həmişə var. Bunun necə olduğunu zaman göstərəcək. 

 

- Bəs Millətlər Liqasında yaxşı təsir bağışlayan Lüksemburq yığmasını onun meydanında məğlub etmək, Bakıya yüksək əhval-rhiyyədə gəlmək şanslarınız nə dərəcədə yüksəkdi?

- Bu rəsmi oyuna ciddi hazırlaşırıq, qələbəyə ciddi köklənmişik. Çalışacağıq ki, müsbət nəticə əldə edək. Buna inanıram, bacararıq. Bu zaman Bakıya yaxşı əhval-ruhiyyədə gələrik. Martın 23-də çarter reysilə paytaxınıza gələcək, ertəsi oyunöncəsi məşq edəcəyik. Martın 25-də isə həmin stadionda oyundu.

 

- Oyundan 1 gün qabaq azərbaycanlı jurnalistlərin qarşısına çıxmaq fikrindəsiniz?

- Bu, səlahiyyətimdə olmayan məsələdi. Ancaq düşünürəm ki, həmişə olduğu kimi, oyunöncəsi mətbuat konfransı olacaq. 

 

 

MEHMAN SÜLEYMANOV

25 Mart 2019
24 Mart 2019
B.eÇ.aÇC.aCŞB