TOP 10

“Liverpul”un futbolçusundan yeni rekord

Dünya Futbolu
Tarix: 2019-03-14 15:26

“Liverpul” Çempionlar Liqasının 1/8 finalının cavab oyununda səfərdə “Bavariya”nı məğlub edib. Sport24.az xəbər verir ki, “Liverpul”un hücumçusu Sadio Mane, 3:1 hesabıyla bitən görüşdə rekorda imza atıb.

Belə ki, “Bavariya”nın qapısına iki dəfə yol tapan seneqallı futbolçu, “Liverpul”un heyətində ÇL-də vurduğu səfər qollarının sayını 7-yə çatdırıb. Bu, “Liverpul” futbolçuları arasında ən yüksək göstəricidi.


“Liverpul” ilk oyunda öz meydanında “Bavariya” ilə qolsuz bərabərə qalıb. Cavab matçında Münhen təmsilçisini 3:1 hesabıyla məğlub edən Mersisayd təmsilçisi ÇL-də 1/4 finala yüksəlib.

25 Mart 2019
24 Mart 2019
B.eÇ.aÇC.aCŞB