TOP 10

Nazarov az oynamağından narazıdı: "Azərbaycan millisində gözləntim daha çoxdu, çünki..."

Futbol
Tarix: 2019-03-14 14:47

"Azərbaycan millisində gözləntim daha çoxdu. Çünki klubumda 5 dəqiqədən daha az oynayıram". Sport24.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin futbolçusu Dmitri Naazrov bildirib.

 

Millimizin yarımmüdafiəçisi AVRO-2020-nin seçmə mərhələsində martın 21-də qonağı olacaqları Xorvatiya yığmasının ulduz futbolçulardan heyətinin olduğu qeyd edib: "Real"dan Luka Modriç, "Barselona"dan İvan Rakitiç kimi futbolçularla qarşılaşmaq istənilən futbolçunun karyerasında əsas məqamlardan biridir. Onları çox vaxt televiziyada görmək olur".

 

Nazarov II Dundesliqa təmsilçisi "Aue"də durumundan narazı olduğunu gizlətməyib: "Duysburq"la oyunda qol vurmaq imkanım var idi. Ancaq rəqib qapıçı zərbəyə çox yaxşı reaksiya göstərdi. "Paderborn"la son görüşdə də az meydanda oldum. 4 dəqiqə ərzində məndən heç kim nə isə gözləyə bilməz. Amma istəyimə çatmaq üçün əlimdən gələni edəcəm. Nağıllar danışmağıma gərək yoxdur. Az oynamağımdan narazıyam".

 

Buna baxmayaraq, Dmitri klubundan ayrılmaq fikrində deyil: "Milli komandada oynayan futbolçuya hər zaman təkliflər olur. Burada nələrəsə nail olmaq üçün il yarım əvvəl klubumla müqavilə imzaladım. Hazırkı vəziyyətimə görə burdan ayrılmaq istəmirəm. Çünki futbolda hadisələr çox tez dəyişir. Fırtınadan sonra günəş çıxa bilir".

     

 

20 May 2019
19 May 2019
B.eÇ.aÇC.aCŞB