TOP 10

“Barselona”dan ÇL-də yeni rekord

Dünya Futbolu
Tarix: 2019-03-14 14:17

İspaniyanın “Barselona” klubu futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 finalında Fransanın “Olimpik” (Lion) klubunu 5:1 hesabıyla məğlub etməklə yeni rekorda imza atıb. Sport24.az xəbər verir ki, Kataloniya təmsilçisi ÇL çərçivəsində keçirdiyi 30-cu ev oyununu da məğlubiyyətsiz başa vurub. Bu oyunlardan 27-də qələbə qazanan “Barselona”, cəmi 3 dəfə heç-heçəyə razılaşıb.


Bundan əvvəlki rekord isə Almaniya çempionu “Bavariya”ya məxsus idi. Münhen klubunun 17 il əvvəl müəyyənləşdirdiyi həmin rekord 29 məğlubiyyətsiz ev oyunundan ibarət idi.


Fransa klubu ilə duel “Barselona”nın lideri Lionel Messi üçün də əlamətdar olub. O, bu oyunda dubla imza atıb və mövsüm ərzində vurduğu qolların sayını 36-ya çatdırıb. Argentinalı ulduz futbolçu artıq 11 mövsümdü ki, rəqib qapılarından azı 35 qol keçirir.


2018/19: 36 qol
2017/18: 45 qol
2016/17: 54 qol
2015/16: 41 qol
2014/15: 58 qol
2013/14: 41 qol
2012/13: 60 qol
2011/12: 73 qol
2010/11: 53 qol
2009/10: 47 qol
2008/09: 38 qol

22 May 2019
21 May 2019
B.eÇ.aÇC.aCŞB