TOP 10

Obradoviçli U-21 üçün 10 günlük toplanış: “İki yoxlama görüşü keçirəcəyik”

Futbol
Tarix: 2019-03-14 10:18

Azərbaycanın 21 yaşlılarından ibarət yığma komandası Bakıda 10 günlük təlim-məşq toplanışı keçəcək. Baş məşqçi Milan Onradoviç bu müddət kəsiyində komandasını 2 yoxlama oyununda sınamağı düşünür. Sport24.az-a verdiyi müsahibədə serbiyalı mütəxəssis rəqiblərə, dəvət etdiyi futbolçulara, habelə əsas millinin baş məşqçisinə məsləhət verdiyi oyunçulara dair sualları cavablandırdı.

 

- Təlim-məşq toplanışının keçiriləcəyi tarixlər  müəyyənləşibmi?
- Bəli, martın 16-da futbolçuları bir araya gətirəcəyik. Ölkə xaricində çıxış edənlər isə sıralarımıza 2 gün gec - ayın 18-dən qoşulacaqlar. Toplanış martın 26-dək davam edəcək.

 

- Nəzərə alsaq ki, əsas milli də martın 16-dan toplanışa start verir, yəqin ki, “Dalğa Arena”da məskunlaşa bilməyəcəksiniz...
- Tamamilə doğrudu. Əsas millinin hazırlıq prosesi həmin arenada keçiriləcəyindən, baza olaraq da orda yerləşəcəklər və Xorvatiya ilə matçdan sonra Litvaya qarşı görüşə “Dalğa Arena”da hazırlaşacaqlar. Biz isə yaxınlıqda yerləşən hotellərin birində məskən salacağıq.

 

- Yoxlama görüşü necə, keçirməyi planlaşdırırsınız?
- Əlbəttə! Özü də bir yox, iki yoxlama görüşü keçirməyi planlaşdırmışıq. İki federasiya ilə danışıqlar aparsaq da, təəssüf ki, sonda onlardan təsdiq cavabı gəlmədi. Zaman az, komandaların əksəriyyəti isə artıq məsgul idi. Hər halda, yoxlama oyunları baş tutacaq. Martın 23-də “Səbail”, 26-da isə MOİK-lə qüvvəmizi sınayacağıq.

 

- Toplanışa dəvət etdiyiniz futbolçuların kimliyini özünüz üçün müəyyənləşdirmisiniz? Ümumilikdə neçə oyunçunu dəvət etməyi düşünürsünüz?
- Bəli, siyahım hazırdı. Toplanışa 24 futbolçu dəvət edəcəm. Ümid edirəm ki, toplanışadək qalan zaman kəsiyində zədə və xəstəlik dəvət etdiyim uşaqlardan yan keçəcək. 

 

- Dəvətlilər sırasında ölkə xaricində çıxış edən neçə futbolçu yer alacaq?
- Altı legioner olacaq.

 

- Nikola Yurçeviçə gənclər yığmasından 2 futbolçunu məsləhət görəcəyiniz bilsirmişdiniz. Xorvatiyalı mütəxəssis ötən gün açıqladığı siyahıda Ömər Buludov və Anton Krivotsyuka da yer verib. Ona məhz bu futbolçuları məsləhət görmüşdünüz?
- Yurçeviçlə bir yox, bir neçə dəfə söhbət etmişik. Bəli, ona məhz Ömərlə Antonu tövsiyə etdim.

 

- Maraqlıdı, yaxın gələcəkdə Yurçeviçə yenə kimlərisə məsləhət görmək ehtimalınız var?
- Nə gizlədim, var, əlbəttə ki, var. Ancaq bu, daha çox futbolçuların özlərindən asılıdır. Çıxış etdikləri komandalarda əzmlə çalışsalar və inkişaf etsələr, əlbəttə ki, əsas millinin baş məşqçisinə kimlərisə yenə məsləhət görəcəm.

 

 

CEYHUN ƏLİYEV
 

20 May 2019
19 May 2019
B.eÇ.aÇC.aCŞB