TOP 10

“Barselona” və “Liverpul” da 1/4 finalda

Dünya Futbolu
Tarix: 2019-03-14 02:02

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına yekun vurulub. Sport24.az xəbər verir ki, son oyun günündə iki görüş baş tutub.


“Bavariya” doğma azarkeşləri önündə “Liverpul”u qəbul edb. Komandalar arasında İngiltərədə baş tutan görüşdə qolsuz bərabərlik qeydə alınmışdı. Dörd qolun qeydə alındığı cavab oyununda İngiltərə təmsilçisi səfərdə inamlı qələbə qazanaraq, 1/4 finala yüksəlib.


Günün digər qarşılaşmasında “Barselona” Lion “Olimpik”ini qəbul edib. Bu komandalar da Fransada keçirilən ilk oyunda qolsuz bərabərliyə razılaşmışdılar. Cavab görüşündə isə Kataloniya təmsilçisi darmadağına imza atıb və mərhələ keçib.


UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları

13 mart


Bavariya (Almaniya) – Liverpul (İngiltərə) 1:3 (ilk oyun – 0:0)
Qol: Matip, 39-öz qapısına – Mane, 26; 84. Van Deyk, 69.


Barselona (İspaniya) – Olimpik (Lion, Fransa) 5:1 (ilk oyun – 0:0)
Qol: Messi, 18-pen; 78. Koutinyo, 31. Pike, 81 – Tuzar, 58. Dembele, 86.

20 May 2019
19 May 2019
B.eÇ.aÇC.aCŞB