TOP 10

18 yaşlı futbolçu ÇL-in və klubunun tarixinə düşdü

Dünya Futbolu
Tarix: 2019-03-14 09:00

İngiltərənin “Mançester Siti” klubu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Şalke”ni 7:0 hesabıyla məğlub etdi. Sport24.az xarici mətbuata istinadən xəbər verir ki, bu qarşılaşmada bir qolun müəllifi olan Filip Foden, “Mançester Siti”nin tarixinə düşüb.


Belə ki, oyunun 78-ci dəqiqəsində “Şalke”nin qapısına yol tapan 18 yaşlı futbolçu, “Mançester Siti”nin heyətində Çempionlar Liqasında fərqlənən ən gənc futbolçu ünvanını qazanıb. Foden həm də, ÇL-də fərqlənən ən gənc ingilis oyunçu olub.


İlk oyunda səfərdə “Şalke”ni 3:2, cavab matçında isə 7 cavabsız qolla məğlub edən “Mançester Siti”, ÇL-də 1/4 final mərhələsinə yüksəlib.

25 Mart 2019
24 Mart 2019
B.eÇ.aÇC.aCŞB