TOP 10

İki rekord birdən - Qəbələni sevəni dayandırmaq olmur

Futbol
Tarix: 2019-03-13 20:00

3 oyunun hər birində 3 qol, 1 qarşılaşmada isə susqunluq. Bu göstərici Premyer Liqamızın son turunda qeydə alındı. "Qəbələ" evdə "Səbail"i, "Neftçi" isə "Sumqayıt"ı səfərdə 2:1 hesabıyla məğlub edərək turnir cədvəlində vəziyyətini yaxşılaşdırdı. Hər halda, "ağ-qaralar" yenidən vahid lider oldu, "qırmızı-qaralar" isə özündən irəli gedən "dənizçilər"lə xal fərqini 3-ə enidərək 3-cü yer mübarizədə şansını artırdı. 

 

"Keşlə" "Sabah"ı "ASK Arena"dan 3 cavabsız qolla yola saldı. Bununla da keşləlilər bu komandaların görüşündə qonaqların qalib gəlmək ənənəsini pozdu. Nəhayət, qol vurulmayan matç Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"la "Zirə" arasında oldu. Bununla da "qartallar" 2015-ci ildən qarşılaşdığı bu rəqibi hələ də məğlub edə bilməsə də, ilyarımdan sonra ondan xal aldı. Maraqlıdı ki, bu komandalar arasında 4 heç-heçənin hamısı qolsuz olub.

 

Beləliklə, 2 turdan sonra yenidən "Neftçi" vahid lider oldu. Roberto Bordinin komandası sn 5 mövsümün çempionu "Qarabağ"ı 2 xal qabaqlayır. Flaqman növbəti turda evdə "Qəbələ"yə uduzmasa, "Qarabağ" "Səbail"ə "Bayıl Arena"da qalib gəlsə belə, 1-ci pilləni əldən verməyəcək, 3-cü dövrənin də qalibi olacaq. "Neftçi" 1 xal alarsa, Ağdam təmsilçisi ən yaxşı halda şərikli lider olacaq. "Qarabağ" şəxsi oyunlardakı nəticələrə görə "Neftçi"yə uduzduğundan (1:1, 1:3, 1:1) ondan geri qalır.

 

Abasov ötən mövsüm baş məşqçisi olduğu "Sumqayıt"la "Qarabağ"ın ölkə Kubokunun 1/4 fianlında yolunu bağlamışdısa, bu dəfə ona "Zirə"nin çalışdırıcısı kimi zərbə vurdu. Görəsən, bu 2 xal itkisi Qurban Qurbanovun komandasına çempionluq bahasına başa gələcəkmi? Bunu zaman göstərəcək. Hər halda, "Neftçi" qalan 8 turun hamısında qalib gəlsə, əlçatmaz olaraq  6 ildən sonra yenidən çempionluq qazanacaq. Ancaq onu da nəzərə alaq ki, 41 yaşlı Abasov məşqçi karyerasında ən ağır məğlubiyyətlərini də məhz "Qarabağ"dan alıb. Elə cari mövsümdə "Dalğa Arena"dakı matçda ağdamlılar "Zirə"ni. 2016/17 mövsüümndə isə "Azərsun Arena"da Abasovlu "Sumqayıt"ı Kubokun 1/4 finalında 6:0 hesabıyla darmadağın edib. 

 

"Qəbələ" bunadək son qələbəsini XVI turda "Sabah"ı "Əlincə Arena"da 1:0 hesabıyla yenməklə qazanmışdısa, "Səbail" son məğlubiyyətini həmin turda evdə "Zirə"dən 0:2 hesabıyla almışdı. "Sabah" isə cari mövsümdə ardıcıl 2 tur darmadağın olunan ilk komanda oldu, böyükhesablı məğlubiyyətləri ən çox olan da. Bu say artıq 4-dür ki, əvvəlkilər evdə "Sumqayıt"dan 1:4, "Səbail"dən 0:4 evdə alınıb. 

 

Bu turda qol müəlliflərinə diqqət yetirsək, bir çoxunun qol hesabını açdığını görərik. Elə götürək "Keşlə"nin futbolçularını. Conatan Ayite qol hesabını dublla açdı. Gənc sağ cinah müdafiəçisi Cabir Əmirli Sərtan Taşkını əsas heyətdən sıxışdırdıqdan sonra fərqlənə də bildi. "Neftçi"nin gənc sağ cinah müdafiəçisi Ömər Buludov da ilk qolunu oyunda son nöqtəni qoymaqla vurdu. 

 

Qış fasiləsində İranın "Maşınsazi" klubundan icarəyə götürülən Peyman Babaeyi isə "Sumqayıt"da qol hesabını açdı. Özü də maraqlıdı ki, bu komandanın cari mövsümdə heyətə cəlb etdiyi hücumçuların ilk qollarının təsadüf etdiyi "Kapital Bank Arena"da rəqibin kobud səhvləri köməklərinə çatır.  "Sumqayt"ın baş məşqçisi Ayxan Abbasovun ilk və hələ son qələbəsini qazandığı "Səbail"lə 2-ci dövrədəki matçda qonaqların qapıçısı Emil Balayevin adi epizodda topu əldən buraxması Atilla Yıldırımın onu boş qapıya göndərməsiylə nəticələndi. Bu dəfə isə "Neftçi"nin seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodjdan topu "oğurlayan" Peyman rəqib qapıçı Səlahət Ağayevi keçərək toru dəqiq nişan aldı.

 

Düzdür, həmin Mbodj ikinci hissədə hesabı bərabərləşdirərək "günahını yudu". Yeri gəlmişkən, bu turda müdafiəçilər qol baxımından fəal olublar. Təsadüfi deyil ki, qolların az qala yarısı onların payına düşür. "Səbail"li Elvin Yunuszadə də qol vuraraq qış fasiləsindən sonra Mbodj kimi yeni klubunda 2-ci dəfə fərqləndi. Özü də hər iki mərkəz müdafiəçisi yeni klublarında debütlərini qolla qeyd ediblər. 

 

Qış fasiləsindən sonra bu turadək cəmi 1 dubl olmuşdu. Buna "Neftçi"nin kapitanı Emin Mahmudov "Keşlə"yə "Bakcell Arena"da 2:0 hesabıyla qalib gəldikləri matçda nail olmuşdu. Bu dəfə isə bir turda 2 dubl birdən qeydə alındı. Ayite "Keşlə"də qol hesabını dublla açdısa, Adeniyi ilk dəfə bir oyunda 2 qol vuraraq çempionatın bombardiri Baqali Dabonun ən yaxın izləyicisi oldu. Ən əsası, Adeniyi cari çempionatda 2 dubl edən ilk futbolçu oldu. O. bunadək "Neftçi"ni evdə 3:1 hesabıyla məğlub etdikləri görüşdə 2 qol vurmuşdu - 14 və 77-ci dəqiqələrdə. Bu dəfə isə Ceymsə dubl etməl üçün çox az vaxt - cəmi 6 dəqiqə (49 və 55-ci dəqiqələr) bəs etdi. Bununla da Adeniyi daha bir rekordçu oldu.  Çünki bunadək dubllar arasında bunu ən tez edən "Sumqayıt"ın müdafiəçisi Şəhriyar Əliyev 12 dəqiqəyə 2 dəfə rəqib qapısına yol tapmışdı. Maraqlıdı ki, bu, məhz "Qəbələ"ylə görüşdə olub. Cari çempionatdakı dubllar 16-ya çatdı ki, buna 15 futbolçu imza atıb. Onlardan çoxu legionerlərdi - 10. Yerli futbolçular isə cəmi 5 nəfərdi. 

 

Onu da qeyd edək ki, Adeniyi daha çox Qəbələdə qol vurmaq ənənəsini davam etdirir. Belə ki, onun hesabında olan 8 qoldan 7-si məhz evdə reallaşıb. Yeganə səfər qolu "İnter"lə "ASK Arena"da olub. Ancaq onu da nəzərə alaq ki, Ceyms Azərbaycan Kubokundakı yeganə qolunu da paytaxda - "Sabah"a "Əlincə Arena"da vurub. 

 

 

 

MEHMAN SÜLEYMANOV

20 May 2019
19 May 2019
B.eÇ.aÇC.aCŞB