TOP 10

Bordin “Neftçi”dən ayrılır

Futbol
Tarix: 2019-03-13 14:56

Milli komandamızın martın 21-də Avropa çempionatının seçmə qrup mərhələsinin ilk oyununda Xorvatiya ilə, martın 25-də isə yoxlama görüşündə Litvayla qarşılaşmaları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranacaq fasilə zamanı “Neftçi”nin baş məşqçisi Roberto Bordin ölkəmizi tərk edəcək. Sport24.az xəbər verir ki, italiyalı mütəxəssis Vətəni - İtaliyaya üz tutacaq.

 

Martın 15-də Premyer Liqanın XXI turu çərçivəsində “Qəbələ”ni qəbul edəcək “ağ-qaralar”ın futbolçularına bundan sonra 3 günlük istirahət veriləcək. Bu, gənclər və əsas yığmanın düşərgəsinə dəvət almayan oyunçulara şamil ediləcək. Bordin də həmin fürsətdən istifadə edərək, oyundan dərhal sonra ailə üzvlərinin yanına - İtaliyaya yollanacaq. Mütəxəssis Bakıya martın 19-da dönəcək.

20 May 2019
19 May 2019
B.eÇ.aÇC.aCŞB