TOP 10

674 gündən sonra millimizə dəvət olundu

Futbol
Tarix: 2019-03-13 13:09

Azərbaycan milli komandasının AVRO-2020-nin seçmə mərhələsində martın 21-də Xorvatiya ilə Zaqrebdəki oyuna və martın 25-də Litva ilə Bakıdakı yoldaşlıq görüşünə çağırılacaq daha bir futbolçu müəyyənləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, bu, İspaniyanın "Alkorkon" klubunun yarımmüdafiəçisi Eddi İsrafilovdu.

 

Sequndada çıxış edən 27 yaşlı futbolçu millimizin xorvatiyalı baş məşqçisi Nikola Yurçeviçin diqqətini çəkib və ölkədən kənarda çıxış edən oyunçular arasında Eddiyə də dəvət göndərilib. 

 

Bununla da İsrafilov 674 gündən sonra millmizdən yenidən dəvət alıb. O, sonuncu dəfə 2017-ci ilin mayın 8-də açıqlanan heyətdə olub. Həmin vaxt İspaniyanın digər Sequnda təmsilçisi "Kadis"in şərəfini qoruyan Eddi mayın 15-dən 20-dək Bakıda, mayın 20-dən iyunun 3-dək Avstriyada təlim-məşq toplanışında olacaq, DÇ-2018-in seçmə mərhələsində iyunun 10-da Şimali İrlandiya yığmasına qarşı keçiriləcək oyuna iyunun 3-dən etibarən yenidən Bakıda hazırlaşacaq millimizin heyətinə dəvət almışdı. Azərbaycan yığmasında 8 oyun keçirən orta sahə oyunçusunun sonuncu matçı isə daha öncə - 2017-ci ilin martın 26-da Almaniya millisinə Tofiq Bəhramov adına Respublika stadionunda 1:4 hesabıyla uduzduğumuz qarşılaşma olub. İsrafilov 86-cı dəqiqədə Rahid Əmirquliyevi əvəzləyib.

 

Qeyd edək ki, Eddi millimizdə digər xorvatiyalı baş məşqçi Robert Prosineçkinin dövründə debüt edib. Bu, elə bu mütəxəsisin özünün debütündə - 2015-ci ilin martın 28-də Malta yığmasına 2:0 hesabıyla qalib gəldiyimiz rəsmi oyundu.

 

 

20 May 2019
19 May 2019
B.eÇ.aÇC.aCŞB