TOP 10

Litva yığmasının Bakıya səfər proqramı bəllidi

Futbol
Tarix: 2019-03-13 12:27

Litva milli komandası Azərbaycan yığmasıyla yoldaşlıq görüşüylə əlaqədar martın 23-də Bakıya gələcək. Bu haqda Sport24.az-a məlumat verən milimizin baş meneceri Zaur Hacı-Məhərrəmov Baltikyanı ölkənin təmsilçisinin AVRO-2020-nin seçmə mərhələsində ilk matçını keçirəcəyi Lüksemburq yığmasıyla səfər qarşılaşmasının ertəsi ölkəmizə üz tutacağını bildirib: "Litva yığması paytaxtımızda "Hyatt Regency" otelində qalacaq. Rəqibin oyunöncəsi məşqi görüşün baş tutacağı "Bakcell Arena"da keçiriləcək. Bu, matç saatında - 18:00-da olacaq. Millimiz isə həmin arenada saat 16:30-da məşqə çıxacaq. Məşqin ilk 15 dəqiqə mətbuat üçün açıq olacaq. Oyunöncəsi mətbuat konfransları da nəzərə tutulub. Bu haqda sonradan məlumat veriləcək. Sadəcə, hər iki yığma hazırda bütün diqqətini ilk oyunlara yönəldib ki, rəsmi matçlar daha önəmlidi. Ona görə də mətbuat konfranslarının vaxtı hələ dəqiq müəyyənləşməyib".

 

Baş menecer millimizin xorvatiyalı baş məşqçisi Nikola Yurçeviçin Xorvatiya ilə oyunöncəsi mətbuat konfransının martın 20-də Zaqrebdə olacağını diqqətə çatdırıb: "Yurçeviçlə söhbətim oldu. O, Bakıda hazırlşamağa, futbolçularla ünsiyyət qurmağa vaxtın çox az olduğunu qeyd etdi. Bu üzdən paytaxtda mətbuatla görüş nəzərdə tutulmayıb".

 

Qeyd edək ki, millimiz Xorvatiya ilə AVRO-2020-nin seçmə mərhələ matçına hazırlıq məqsədilə martın 16-da bir araya gələcək, 3 gün sonra isə çarter reysilə səfərə çıxacaq. 

 

 

 

MEHMAN SÜLEYMANOV

 

 

20 May 2019
19 May 2019
B.eÇ.aÇC.aCŞB