TOP 10

Ronaldodan yeni rekord

Dünya Futbolu
Tarix: 2019-03-13 11:00

İtaliya çempionu “Yuventus”un hücumçusu Kristiano Ronaldo yeni rekorda imza atıb. Sport24.az xəbər verir ki, Portuqaliya yığmasının ulduz futbolçusu Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İspaniyanın “Atletiko” klubuna qarşı keçirdikləri cavab oyununda (3:0, ilk oyun 0:2) het-trikə imza atmaqla UEFA-nın bayrağı altında təşkil olunan klub tirnirlərində ən çox qol vuran oyunçuya çevrilib. 


Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Ronaldo qitəmiqyaslı klub turnirlərində 125-ci qolunu vurmaqla yeni rekord müəyyənləşdirib.


Portuqaliyalı ulduz bu oyunda 3 qol vurmaqla həm də "Barselona"nın argentinalı hücumçusu Lionel Messinin rekordunu təkrarlayıb. Artıq hər iki futbolçunun Çempionlar Liqasında imza atdığı het-trik sayı bərabərdi - 8.

22 May 2019
21 May 2019
B.eÇ.aÇC.aCŞB