TOP 10

Dadaşovun komandası yenə uduzdu

Dünya Futbolu
Tarix: 2019-03-13 10:33

Futbol üzrə Almaniya 3-cü Liqasında 28-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” klubu da növbəti matçına çıxıb.


Futbolçumuzun komandası doğma meydanda Rostok “Hanza”sı ilə qarşılaşıb. Münster klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.


Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.


Dadaşovun komandası 28 turdan sonra 38 xalla 11-ci pillədə qərarlaşıb.
 

22 May 2019
21 May 2019
B.eÇ.aÇC.aCŞB