TOP 10

“Yuventus” “Atletiko”nu, MS “Şalke”ni darmadağınla keçdi

Dünya Futbolu
Tarix: 2019-03-13 02:01

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçirilib. Sport24.az xəbər verir ki, günün maraqla gözlənilən qarşılaşmasında “Yuventus” “Atletiko”nu qəbul edib.

İlk oyunda 0:2 hesabıyla məğlub olan turinlilər, 1/4 finala yüksəlmək üçün ən azı 3 top fərqiylə qalib gəlməliydi. İtaliya çempionu bu vəzifənin öhdəsindən gəlməyi bacarıb.


Günün digər qarşılaşmasında “Mançester Siti” “Şalke” ilə üz-üzə gəlib. Komandalar arasında Almaniyada keçirilən görüşdə “şəhərlilər” 3:2 hesabıyla qələbə qazanmışdı. “Mançester Siti”yə növbəti mərhələyə yüksəlmək üçün heç-heçə də sərf edirdi. Amma İngiltərə təmsilçisi bu oyunda rəqibini daha biabırçı hesabla məğlub edib.


Çempionlar Liqası
1/8 finalın cavab oyunları

12 mart


Yuventus (İtaliya) – Atletiko (Madrid, İspaniya) 3:0 (ilk oyun – 0:2)
Qol: Ronaldo, 27; 48; 86-pen.


Mançester Siti (İngiltərə) – Şalke (Almaniya) 7:0 (3:2)
Qol: Aquero, 35-pen; 38. Sane, 42. Sterlinq, 56. B.Silva, 71. Foden, 78. Q.Xesus, 84.

22 May 2019
21 May 2019
B.eÇ.aÇC.aCŞB