TOP 10

Yurçeviçin dəvət göndərdiyi daha bir futbolçu bəlli oldu

Futbol
Tarix: 2019-03-12 23:41

Azərbaycan millisinin yeni baş məşqçisi Nikola Yurçeviçin qarşıdakı oyunlara çağırdığı daha bir futbolçu müəyyənləşib. Sport24.az xəbər verir ki, Almaniyanın "Aue" klubunun yarımmüdafiəçisi Dmitri Nazarov Xorvatiya ilə AVRO-2020-nin seçmə mərhələsi və Litva ilə yoxlama oyunu üçün milliyə dəvət edib.

 

Bu barədə Aue təmsilçisinin saytı məlumat yayıb. Yeni tsiklin ilk matçında martın 21-də Zaqrebdə Xorvatiyanın qonağı olacaq millimiz 4 gün sonra Bakıda Litva ilə yoldaşlıq görüşü keçirəcək.

 

Qeyd edək ki, Yurçeviç ölkədən kənarda çıxış edən futbolçularımızdan bunadək Almaniyanın "Proyssen" klubundan hücumçu Rüfət Dadaşov və Rusiya "Krılya Sovetov"undan forvard Ramil Şeydayevə dəvət göndərib. 

22 May 2019
21 May 2019
B.eÇ.aÇC.aCŞB