TOP 10

Ayxan Abbasovun cəzası açıqlandı

Futbol
Tarix: 2019-03-12 14:32

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, iclasda Premyer Liqanın 20-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:


“Qəbələ” – “Səbail” matçında  “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 73-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Bəhlul Mustafazadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.


“Sumqayıt” – “Neftçi” matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. “Neftçi”nin 8 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 78-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Mehdi Cənnətov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 800 manat cərimə olunub. Oyunun 82-ci və 84-cü dəqiqələrində “Sumqayıt”ın azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığına görə klub 1600 manat cərimə olunub.
 

22 May 2019
21 May 2019
B.eÇ.aÇC.aCŞB