TOP 10

Emin Mahmudovla Nicat Qurbanovun sosial şəbəkədə söz atışması: “Heç oğlumu belə qucaqlamıram”

Futbol
Tarix: 2019-03-12 12:12

Azərbaycan Premyer Liqasının XX turunun ən çox müzakirə edilən qarşılaşması “Sumqayıt”la “Neftçi” arasında baş tutan və qonaqların 2:1 hesabı ilə qalib gəldikləri görüş oldu. Maraqlıdı ki, oyundan sonra meydançadakı hadisələr rəqib komandaların futbolçularının sosial şəbəkədə söz güləşdirməsinə səhnə olub. Söhbət “ağ-qaralar”ın kapitanı Emin Mahmudovla (E.M.) “Sumqayıt”ın yarımmüdafiəçisi Nicat Qurbanovdan (N.Q.) gedir.

 

-    (N.Q.) Emin, Elvinə qarşı etdiyin sürüşmə fəndi təmiz sarı vərəqəlik idi. Ancaq bunu deyəcəm, qalanından susaraq ötürəm.
-    (E.M.) Bununla razılaşıram, təmiz sarı vərəqə idi. Bəs, qırmızı vərəqə verilən epizodla bağlı hansı narazılığınız var? Məhlədə uşaq vaxtlarımızda topu kim alırdısa, götürürdü əlinə və oynamağa qoymurdu. Sonda da evə gedirdi.

 

-    (N.Q.) Vallah, müdafiəçiniz barədə susuram, qardaş. Hər şeyi o, özü başladı, təxribata sürüklədi. Hətta hakimə də nələrsə deyirdilər, o, cavab verirdi. Sən onu məndən yaxşı tanıyırsan.
-    (E.M.) Qardaş, dünyanın hər yerində qol vurduqdan sonra fərqlənən tərəf topu götürüb mərkəzə doğru qaçır. Əsl təxribat topu bu cür qucaqlamaq və verməməkdi. Heç oğlumu belə qucaqlamıram.

 

-    (N.Q.) Emin, nə yapışmısan bu epizoddan? Bəs baş məşqçimizi niyə meydandan qovdular? Hansı versiyaların var?
-    (E.M.) Nicat, ən böyük etirazlar qapıçınızın meydandan qovulmasınadı. Məşqçinizi nəyə görə meydandan kənarlaşdırdıqlarını bilmirəm, həmin anı görməmişəm. Ancaq onu bilirəm ki, meydanda olan 11 futbolçumuzdan yalnız 3-nə sarı vərəqə göstərilmədi.

 

-    (N.Q.) Hamısı da layiq idi. Bax, sənə verilmədi sarı vərəqə, bu, rəzalətdi - hücumun qarşısını almaq. Heç cərimə zərbəsi də təyin edilmədi. Xeyrinizə çox qərarlar oldu.
-    (E.M.) Nicat, düşünürəm ki, növbəti görüşümüzdə bizə qəzəbli olacaqsınız və vaxtı budəfəki kimi ikinci hissədən etibarən yox, ilk yarıdan uzatmağa başlayacaqsınız.

 

-    (N.Q.) Heç özünə gülməli gəldi? Gələn oyunda səni sındıracam.
 

25 Mart 2019
24 Mart 2019
B.eÇ.aÇC.aCŞB