TOP 10

Şeydayevə Azərbaycandan dəvət

Futbol
Tarix: 2019-03-11 16:54

Rusiya Premyer Liqasında mübarizə aparan “Krılya Sovetov”un hücumçusu Ramil Şeydayev Azərbaycan millisinə dəvət alıb. Sport24.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Şeydayev, Azərbaycan millisinin Xorvatiya ilə AÇ-2020-nin seçmə mərhələ matçına və Litva ilə yoldaşlıq oyununa çağırılıb.


Martın 21-də səfərdə Xorvatiyanın qonağı olacaq Azərbaycan millisi 4 gün sonra Bakıda Litva ilə qüvvəsini sınayacaq.


Şeydayev, qış fasiləsindən sonra Samara klubunun heyətində 2 oyunda meydanda olub və 2 qola imza atıb.

22 May 2019
21 May 2019
B.eÇ.aÇC.aCŞB