TOP 10

Əliyar Ağayevdən "Tumba"da 2 penalti, 1 qırmızı vərəqə: O, "Qarabağ"ın sabiq legionerini cəzalandırdı

Futbol
Tarix: 2019-03-10 23:00

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasında XXIV turun PAOK - "Atromitos" matçını idarə edib. Sport24.az xəbər verir ki, Saloniki şəhərindəki "Tumba" stadionunda keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

 

32 yaşlı Ağayev qarşılaşmada qonaqların qapısına 2 təyin edib, qonaqların isə 1 futbolçusunu - Brunonu 90-cı dəqiqədə ikinci sarı vərəqə ilə meydandan qovub. Düdür, PAOK 16-cı dəqiqəyə təsadüf edən ilk penaltidən yararlana bilmədiyi halda, 45+3-cü dəqiqədə şansını qaçırmayıb.

 

Ağayev daha 4 futbolçuya sarı vərəqə göstərib. Maraqlıdı ki, bunlar varaslnda Əliyarı Azərbaycandan tanıyan, ötən mövsüm icarə əsasında "Qarabağ"da çıxış etmiş Pedro Enrike xəbərdarlıq alıb. O, PAOK-da yeganə xəbərdarqlı alan lun, qalan "sarı"lar isə qonaqlara göstərilib.

 

Bu qələbə sayəsində xallarını 64-ə çatdıran PAOK liderliyini möhkəmlədib. 43 xala malik "Atromitos" isə 4-cü pilləyə enib.

 

Qeyd edək ki, Ağayevə FİFA hakim-köməkçiləri Akif Əmirəli və Rza Məmmədov kömək edib.  

25 Mart 2019
24 Mart 2019
B.eÇ.aÇC.aCŞB