TOP 10

Ağayev Yurçeviçin istənilən qərarına hörmətlə yanaşacaq: "Qalan 8 qarşılaşmanın hər biri bizim üçün final olacaq"

Futbol
Tarix: 2019-03-10 20:26

"Oyun çox çətin keçdi. "Sumqayıt"ın elə də üstünlüyü yox idi. Amma qol vurduqdan sonra onlara inam gəldi. İkinci hissədə istədiyimizi aldıq. Və sevinirik ki, sonda 3 xal qazandıq". Sport24.az bunu "Neftçi"nin qapıçısı Səlahət Ağayev səfərdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XX tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

 

28 yaşlı qolkiper qapısından buraxdığı qol epizodunda müdafiəçi Mamadu Mbodjun səhvini yox, külək amilinin rolunu qabardıb: "Futbolda belə hallar olur. Külək amilini də nəzərə almalıyıq. Mamadu da belə olmasını istəməzdi. Mənə ötürmə vermək istəyirdi, top dayandı. Nəticədə rəqib hücumçu topu ələ keçirərək qol vurdu. Xətanı da, doğrunu da bütün komanda edir. Əsas odur ki, qələbə qazandıq".

 

Ağayev "Neftçi"nin vahid liderə çevrilməsinə baxmayaraq, indidən çempionluq barədə düşünməyin çox tez olduğunu qeyd edib: "Premyer Liqada qalan 8 qarşılaşmanın komandamız üçün final ovqatında keçəcək. Hər bir qarşılaşmaya son oyun kimi çıxmalıyıq. Sonadək gözləyəcəyik".

 

SəlahətAzərbaycan millisinin martın 21-də səfərdə Xorvatiya ilə keçirəcəyi 2020-ci il Avropa çempionatının seçmə matçına və martın 25-də Bakıda Litva ilə yoldaşlıq görüşünə dəvət almasının yeni baş məşqçi Nikola Yurçeviçdən asılı olduğunu açıqlayıb: "Hər bir futbolçu istəyər ki, millidə oynasın. Baş məşqçimiz yenidir. Dəvət göndərsə də, göndərməsə də sağ olsun. Hər şey baş məşqçinin ixtiyarındadı. Qərarına hörmətlə yanaşacağıq".

 

 

 

MEHMAN SÜLEYMANOV

22 May 2019
21 May 2019
B.eÇ.aÇC.aCŞB