TOP 10

Ayxan Abbasov futbolçularını təbrik etdi, qovulmağına aydınlıq gətirdi: "Cənnətovla söhbətə ehtiyac görmədim"

Futbol
Tarix: 2019-03-10 18:51

"Sumqayıt"ın baş məşqçisi Ayxsn Abbasov AzərbaycanPremyer Liqasının XX turunda "Neftçi"yə evdə 1:2 hesabıyla uduzduqları qarşılaşmadan sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, gənc çalışdırıcı öncə oyun haqda fikirlərini bölüşüb.

 

- Danışmaq mənə çətindi. Üzürlü sayın. Futbolçularımı təbrik edirəm. İlk növbədə xarakterə görə. Buna gələndə şübhəm yox idi. İkinci hissədə hava şəraiti də oyuna təsrini göstərdi. Ancaq bütün tapşırıqlarımı yerinə yetirdilər. Hər şey normaldı.

 

- "Texniki zona"dan qovulmağınız nəylə bağlı idi?

- Dediklərinə görə xətti tapdalığıma görə çıxarılıdm.

 

- Mehdi Cənnətovla oyundan sonra həmin epizodla bağlı söhbətiniz oldu?

- Oyundan sonra heç vaxt futbolçularımla isti-isiti söhbət etmirəm. Buna ehtiyac görmürəm. Söhbət etməyə vaxtımız olacaq. 

 

- Oyunun protokolunda hakimliklə bağlı etiraz yazılacaq?

- Bu işlə mən yox, rəhbərlik məşğuldu.

 

- Bəs qeydsiz?

- Bunu sizlərin ixtiyarına buraxıram. Dürüstlüyünüzə şübhə etmirəm. Həmişəki kimi doğru yazarsınız.

 

- Sizcə, hakimlik oyunun nəticəsinə təsir göstərdi?

- Sizcə?

 

- Ehritam Şahverdiyevin epizodunda penalti vardı.

- Təkcə omu?

 

- Eləcə də Baqali Daboda..

- Siz deyirsiniz. 

 

 

 

MEHMAN SÜLEYMANOV

20 May 2019
19 May 2019
B.eÇ.aÇC.aCŞB