TOP 10

Bordin komandasından tam razı qalıb: "Bu cür futbolçularımın olduğuna görə fəxr edirəm"

Futbol
Tarix: 2019-03-10 18:40

"Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının XX turunda "Sumqayıt"a səfərdə 2:1 hesabıyla qlaib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə görüşü dəyərləndirib.

 

- Komandamın oyunundan tam razı qaldım. Sonadək mübaizə apardılar, əzmkarlıq göstərdilər. Bu cür futbolçularımın olduğuna görə fəxr edirəm. Onları təbrik edirəm.

 

- İlk hissədə Mamadu Mbodja nə olmuşdu?

- Əlbəttə, buraxdığımız qolda Mbodjla Səlahət Ağayev arasında anlaşımlazlıq baş verdi. Bu, hər bir futbolçunun başına gələ bilər. Ancaq əsas odur ki, Mbodj toparlandı və vacib qol vurdu.

 

- "Neftçi" yenidən vahid lider oldu. Bu, komandanıza psixoloji təzyiq yaratmayacaq?

- Deməzdim ki, ilk pillədə olmağımız növbəti oyunlara psixoloji təzyiq yaradacaq. Bu gün qələbəni qeyd edəcəyik, sabahdan isə növbəti oyuna hazırlaşacağıq. Vaxtımız azdı. 

 

 

MEHMAN SÜLEYMANOV

25 Mart 2019
24 Mart 2019
B.eÇ.aÇC.aCŞB