TOP 10

“Neftçi”dən Sumqayıtda əzmkar qələbə

Futbol
Tarix: 2019-03-10 18:25

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 20-ci tura yekun vurulub. Sport24.az xəbər verir ki, son oyun günündə də iki görüş baş tutub.


Öncə “Qəbələ” doğma meydanda “Səbail”lə münasibətlərinə aydınlıq gətirib. Üç qolun qeydə alındığı görşüşdə meydan sahibləri qələbəni bayram ediblər.


Turun qapanış matçında isə lider “Neftçi” səfərdə “Sumqayıt”la üz-üzə gəlib. Bir gün əvvəl “Qarabağ”ın xal itirməsi “ağ-qaralar”ın vahid liderliyi ələ keçirməsi üçün şərait yaratmışdı. Paytaxt klubunun bu şansdan nə dərəcədə yararlanacağı maraq doğururdu. Hesabı sumqayıtlıların açdığı oyun məhz "Neftçi"nin əzmkar qələbəsiylə başa çatıb.


Azərbaycan Premyer Liqası
20-ci tur

10 mart


“Qəbələ” – “Səbail” 2:1
Qol: C.Adeniyi, 49; 55 - E.Yunuszadə, 84.
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Cavanşir Yusifov, Rövşən Rəcəbov.
Qəbələ şəhər stadionu, 14:00.


Qəbələ: 22. Dmitri Bezotosnı, 5. Rasim Ramaldanov, 34. Urfan Abbasov (k), 4. Elvin Camalov, 11. Asif Məmmədov, 10. Rauf Əliyev, 21. Atakora Lalavele, 17. Ceyms Adeniyi,28. Stiven Monroz, 27. Bəhlul Mustafazadə, 2. Amin Seydiyev
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 35. Murad Popov, 18. İlqar Qurbanov, 88. Sabien Lilay, 9. Davit Volkov, 8. Qismət Alıyev, 7. Roman Hüseynov, 98. Rövlan Muradov, 6. Rüstəm Nuruyev, 77. Samir Qurbanov
Baş məşqçi: Zaur Həşimov

Səbail: 1. Aleksandr Rıbka, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 11. Ruslan Qurbanov, 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 4. Enrike Perilyo, 99. Jarjue Maudo, 8. Yevgeni Koçuk, 28. Kevin Kubemba, 7. Fəhmin Muradbəyli
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev.ş 20. Eltun Yaqublu, 26. Kamal Qurbanov, 5. Vüqar Bəybalayev, 33. Tome Kitanovski, 3. Tamazi Tsetsxladze, 27. Emil Martinov, 21. Akpoveta Oke, 9. İmanol İriberri, 18. Aqşin Qurbanlı, 77. Ədilxan Qarəhmədov 
Baş məşqçi: Aftandil Hacıyev
 

“Sumqayıt” – “Neftçi” 1:2
Qol: P.Babayi, 26 - M.Mbodj, 76. Ö.Buludov, 87.
Qırmızı vərəqə :M.Cənnətov, 77.
Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Nicat İsmayıllı.
Sumqayıt. “Sumqayıt Arena”, 16:30.


Sumqayıt: 1. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 99. Əli Babayev, 60. Elvin Məmmədov, 10. Aleksey İsayev, 22. Əfran İsmayılov, 5. Adil Nağıyev, 8. Peyman Babayi, 9. Ehtiram Şahverdiyev, 74. Yusif Nəbiyev.
Ehtiyat oyunçular: 12. Rəşad Əzizli, 21. Arif Daşdəmirov, 17. Nicat Qurbanov, 7. Cavid Tağıyev, 11. Atilla Yıldırım, 34. Elvin Bədəlov, 70. Ülvi İsgəndərov, 97. Xəyal Nəcəfov, 77. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 49. İbrahim Əliyev.
Baş məşqçi: Ayxan Abbasov.
Neftçi: 1. Səlahət Ağayev, 18. Tural Axundov, 8. Emin Mahmudov (k), 7. Namiq Ələsgərov, 25. Kiril Petrov, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 11. Vangelis Platellas, 16. Canluka Sansone, 26. Ömər Buludov.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 15. Ruslan Abışov, 22. Mirabdulla Abbasov, 6. Qoran Paratski, 4. Petru Raku, 5. Anton Krivotsyuk, 33. Turan Vəlizadə, 70. Əli Şirinov.
Baş məşqçi: Roberto Bordin.


Turun digər oyunları: “Keşlə” – “Sabah” 3:0, “Qarabağ” – “Zirə” 0:0.

25 Mart 2019
24 Mart 2019
B.eÇ.aÇC.aCŞB