TOP 10

Qurban Qurbanov 1 xal qazandıqlarını açıqladı: "Mahir Mədətovla bağlı son 2 ildə kluba rəsmi təklif gəlməyib"

Futbol
Tarix: 2019-03-09 20:54

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XX turunda "Zirə"ylə evdə heç-heçə etdikləri oyundan sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk olaraq qarşılaşmanı dəyərləndirib.

 

- Hər iki komanda bir hissə yaxşı oynadı və 1 xala layiq idi. Ən azından xalımızın üstünə 1 xal gəldi. "Zirə" son 3 oyunda tam fərqli oynayıb, heyəti formalaşdırmağa başlayıb. Hər ikimiz üçün çətin anlar oldu. Qol vura bilmədik. Qarşıdakı oyunlarımız daha gərgin, daha çətin keçəcək.

 

- Mahir Mədətov daha çox müdafiədə olduğu göründü...

- (gülür)  Bunu görmədim. Mahir Mədətov ilk hissədə sol cinah yarımmüdafiəsini oynadı, ikinci hissədə hücumda oldu. 

 

- Qış fasiəsindən sonra oyunlarınızın yarısında xal itirmisiniz. Daxili narahatçılğınız var?

- Bu, həmişə olur. Hətta qalib gəldiyimiz oyunlarda da. Xal itirmək təkcə yanvardan sonra yox, əvvəl də olub. Çempion olmaq üçün gərək çox xal toplayasan, daha yaxşı oyun göstərəsən. Hətta az xal toplayaraq çempion olmaq mümkündü. Daha da ciddi hazırlaşmalıyıq.

 

- 90-cı dəqiqədə Rəşad Sadıqov ehtiyat hakimə etiraz etdi...

- Ola bilər 2 dəqiqə artırdığına görə. Etiraz yox idi, bunu görmədim. Ola bilər fikir bildirsin ki, vaxta çox əlavə olunmaqla bağlı. 

 

- Mahir Mədətova Yunanıstan klubundan təklif olduğu yazılır. Kluba rəsmi təklif varmı? Olarsa, mövqeyiniz necə olacaq?

- Təəssüf ki, son 2 ildi belə təkliflərin olduğu deyilir. Maraqlanan olub, ancaq kluba son 2 ildə heç bir rəsmi təklif gəlməyib. Yazılır, ancaq heç bir məlumatımız yoxdu.

 

- Ansi Aqolli azarkeşlərlə vidalaşdı. O, martın 15-dəki matça qalmayacaq?

- Bəli, ona təklif var. ABŞ-dan təklif gəlməsi düzdü. Ansinin ailəsi ABŞ-da yaşayır. Bir aya yaxındı danışıqlar gedir. Aqolli hamımızın sevimlisidi. Çox istərdim ki, gələcək həyatını istədiyi kimi qursun. Hələ rəhbərliklə danışılmayıb, qərar verilməyib. Mənimlə dialoqu olub. Onunla bağlı qərar martın 15-dən sonra olacaq.

 

- "Qarabağ"ın xal itirməsi çempionastının səviyyəsinin artmasıyla bağlıdı, yoxsa komandanızın zəifləməsiylə?

- Komandalar bir-biriylə çox görüşəndə, bir-birlərini daha yaxşı tanıyır, inamlı ola bilirlər. Dediyinizin hər ikisi ola bilər. Bütün çempionatlara baxsaq, hamısı gərgin keçir. Hər bir halda daha güclü olmaq istəyirik. Bəzi nöqsanları çıxsaq, komandamın göstərdiyi oyundan razıyam. 

 

 

 

MEHMAN SÜLEYMANOV

19 Mart 2019
18 Mart 2019
B.eÇ.aÇC.aCŞB