TOP 10

UEFA "Arsenal"ı Azərbaycana qarşı təxribata görə cəzalandırdı

Futbol
Tarix: 2019-03-09 11:37

UEFA-nın İntizam Komitəsi Avropa Liqasının qrup mərhələsinin son turunda keçirilən “Arsenal” – “Qarabağ” oyununda (1:0) baş verən insidentlə bağlı qərar verib. Sport24.az xəbər verir ki, qitə futbol Londonda keçirilən matçın sonlarında meydana əlində Dağlıq Qarabağın separatçı rejiminin “bayrağı” ilə daxil olan erməni azarkeşin hərəkəti ilə bağlı tədbir görüldüyünü açıqlayıb.

 

Dekabrın 14-də keçirilən və xoşagəlməz olaylarla yadda qalan qarşılaşma ilə bağlı işi bir neçə dəfə təxirə salan UEFA bu dəfə yekun qərarını verib. Londonda keçirilən oyunun gedişində əlində qondarma "Dağlıq Qarabağ Respublikası" bayrağı olan azarkeşin çıxması, həmçinin görüşün startının gecikməsi "Arsenal”a 15 min avro cərimə bahasına başa gəlib. 

 

Xatırladaq ki, turnirdə mübarizəni davam etdirən "Arsenal" 1/4 finalın ilk görüşündə səfərdə "Renn"ə 1:3 hesabı ilə uduzub.

 
19 Mart 2019
18 Mart 2019
B.eÇ.aÇC.aCŞB