TOP 10

“Qarabağ” xal itirdi, “Keşlə” darmadağına sevindi

Futbol
Tarix: 2019-03-09 20:20

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 20-ci tura start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.


Öncə autsayderlər qrupunda qərarlaşmış “Keşlə” çempionatın debütantı “Sabah”ı qəbul edib. Hər iki komanda qış fasiləsindən sonrakı uğursuz gedişata son qoymaq üçün çalışıb. Meydan sahibləri bu oyunda darmadağınla qalib gəliblər.


Daha sonra Premyer Liqanın şərikli liderlərindən olan “Qarabağ” “Zirə” ilə üz-üzə gəlib. Ağdam təmsilçisi bu oyunda xal itirmək istəmirdi. Əks halda “Neftçi” bu şansdan yararlanıb, vahid liderə çevrilə bilərdi. Amma Qurban Qurbanovun yetirmələri bu görüşdən xal itkisi ilə ayrılıblar.


Azərbaycan Premyer Liqası
20-ci tur

9 mart


“Keşlə” – “Sabah” 3:0
Qol: C.Ayite, 26; 47. C.Əmirli, 66.
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Namiq Bəkirov.
Bakı. “ASK Arena”, 16:00.

Keşlə: 1. Kamran Ağayev (k), 19. Azər Salahlı, 4. Slavik Alxasov, 93. Edvinas Girdvainis, 3. Denis Silva, 22. Nikola Mitroviç, 23. Conatan Ayite, 25. Con Kamara, 32. Valeri Kutsenko, 65. Cabir Əmirli, 11. Vüsal İsgəndərli.
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 18. Ruslan Əmircanov, 33. Tərlan Quliyev, 8. Seymur Əsədov, 10. Ruslan Nəsirli, 17. Samir Məsimov, 21. Angelo Pena, 66. Murad Qayalı, 78. Elmir Rəhimzadə, 91. Nurlan Quliyev.
Baş məşqçi: Tərlan Əhmədov.

Sabah: 30. Saşa Stamenkoviç, 5. Kərim Diniyev, 91. Coşqun Diniyev, 19. Məqsəd İsayev, 10. Cavid İmamverdiyev (k), 25. Vanderson Silva, 15. Erik Ramos, 22. Miloş Bosançiç, 9. Marko Deviç, 11. Elgün Nəbiyev, 33. Eltun Turabov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 17. Təmkin Xəlilzadə, 6. Vadim Abdullayev, 4. Tərzin Cahangirov, 27. Bəxtiyar Soltanov, 13. Filip İvanoviç, 88. Elçin Əsədov, 97. Emil Qasımov, 77. Şakir Seyidov, 42. Reza Biqdelo.
Baş məşqçi: Elşad Əhmədov.
 

“Qarabağ” – “Zirə” 0:0
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Müslüm Əliyev, Rəvan Həmzəzadə.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu, 18:30.

 

Qarabağ: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 55. Bədavi Hüseynov, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 20. Riçard Almeyda, 77. Donald Gerye, 19. Filip Ozobiç, 10. Dani Kintana, 99. Reynaldo Silva, 11. Mahir Mədətov.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 1. Hannes Halldorsson, 30. Abbas Hüseynov, 14. Rəşad Sadıqov, 9. Araz Abdullayev, 52. Yakub Jezniçak, 25. Ansi Aqolli, 17. Abdullah Zubir, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı.
Baş məşqçi: Qurban Qurbanov.

Zirə: 85. Kamal Bayramov (k), 2. İlkin Qırtımov, 88. Tellur Mütəllimov, 14. Bəxtiyar Həsənalızadə, 27. Adrian Skarlatake, 11. Dilan Duventru, 91. Bilal Həmdi, 9. Aleksandr Dedov, 23. Mfo Kqasvane, 20. İsmael Fofana, 38. İlkin Muradov.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 62. Abdulla Seyidəhmədov, 39. Sadiq Quliyev, 8. Kamal Mirzəyev, 6. Vüqar Mustafayev, 77. Mirsahib Abbasov, 26. Miloş Radivoyeviç, 10. Sadio Tounkara, 17. Robin Nqalande, 18. Xulio Sezar Rodriqez, 3. Budaq Nədirov, 99. Rafael Məhərrəmli.
Baş məşqçi: Samir Abasov.


Turun digər oyunları sabah keçiriləcək: “Qəbələ” – “Səbail”, “Sumqayıt” – “Neftçi”.

25 Mart 2019
24 Mart 2019
B.eÇ.aÇC.aCŞB