TOP 10

Ansi Aqolli "Qarabağ"dan növbəti həftə gedir

Futbol
Tarix: 2019-03-08 17:00

"Qarabağ" albaniyalı legioneri Ansi Aqolli növbəti həftə klubla vidalaşacaq. Sport24.az-ın əldə etdiyi məlumatına görə, millisinin 37 yaşlı sabiq kapitanı karyerasını okeanın o tayında davam etdirməsini reallaşdırır.

 

Belə ki, ABŞ-ın "Nyu-York Kosmos" klubu Aqolliyə göndərdiyi təklifə müsbət cavab alaraq, təcrübəli futbolçunun yolunu gözləyir. Nyu-York təmsilçisi Ansiyə cari mövsümün sonunda karyerasını futbolçu kimi davam etdirmək təklifini, daha sonra klub infrastrukturnda bir vəzifə verəcəyini vəd edib. Aqollinin həyat yoldaşı övladıyla birgə bir neçə ildi ABŞ-da yaşadığından, sol cinah müdafiəçisi üçün bu təklif göydəndüşmə olub. Albaniyalı onsuz da həyatının qalan hissəini ailəsiylə birgə bu ölkədə yaşamaq fikrində olduğundan, aldığı sərfəli təklifi mütləq dəyərləndirmək fikrindədi. Aqolli Premyer Liqamızın martın 15-də keçiriləcək XXI turun matçından - "Səbail"lə səfər görüşündən sonra "Qarabağ"la cari mövsümün sonunadək olan müqaviləsini pozaraq birdəfəlik gedəcək.

 

Qeyd edək ki, Aqolli 2010-cu ildən çıxış etdiyi "Qarabağ"ın heyətində 5 dəfə Azərbaycan çempionu, 3 dəfə Kubokunun sahibi olub. 

25 Mart 2019
24 Mart 2019
B.eÇ.aÇC.aCŞB