TOP 10

Obradoviç Yurçeviçə 2 futbolçu məsləhət görüb: "Belə bir haqqımız var ki, bu qrupdan çıxmağı arzulayaq"

Futbol
Tarix: 2019-03-07 21:21

"Deyirlər ki, Azərbaycanda qış dözülməz küləyə görə insanın iliyinə işləyir. Ancaq Milan Obradoviçin Bakıdakı həyatı gözlədiyimiz kimi elə də ağır keçmir. Əksinə, Azərbaycanın gənclər millisinin baş məşqçisi bu ölkənin qışından zövq alır. Hərçənd, yerli əhali bir qədər donur. Heç də ona görə yox ki, Obradoviç uzun illər Rusiyada yaşayıb. Sadəcə, Avropa Liqasının 2019-cu ildə finalının həmin ölkənin paytaxtında təşkil edildiyinə görə". Sport24.az xəbər verir ki, bu fikirlər Serbiya mətbuatında U-21 yığmamızın baş məşqçisi Milan Obradoviç haqda məqalədə yazılıb.

 

Serbiyalı həmkarlarımız mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının finalına həsr olunmuş “Ulduzlar” matçında “Qərb ulduzları” komandasının baş məşqçisi olmuş mütəxəssısin fikirlərinə də yer verib. Məhz Avropa Liqasının finalına həsr olunmuş iki ulduz komanda - Qərb və Şərq arasında keçirilən matçda Milan birincilərin baş məşqçisi idi. Onun rəhbərliyi altında çıxış edən futbolçular vaxtilə öz komandalarının aparıcı üzvləri, dünya şöhrətli ulduzlar idilər. Onların oyunundan həmin gün azərbaycanlı futbolsevərlər də zövq aldılar. Obradoviç xatırlayır: "Deku mənim komandamın kapitanı idi. Bu heyətdə Dudek, Esyen, Altıntop, Arşavin kimi simaları görmək həqiqəqən qürurverici idi. Azərbaycan Prezidenti İlham Əliyev qızı Leyla xanımla həmin qarşılaşmanın xüsusi qonaqları idi. Oyun da parlaq alındı və 11:10 hesabıyla nəticələndi".

 

Ancaq Obradoviçin vaxtı azdı. Çünki Azərbaycan gənclər yığmasının heyətini formalaşdırmalıdı: "Belə bir imkanım oldu ki, Azərbaycan milli komandasını bir araya gətirim. İlk sınağımız da yanvarda baş tutdu. Moskva "Spartak"ının ikinci komandasıyla 0:0 oynadıq. Baş məşqçi Nikolay Yurçeviçə 2 futbolçunu məsləhət gördüm. On gündən sonra bizdə yeni toplanış olacaq. Ancaq ilk oyunumuzu iyunda Lixtenşteynə qarşı keçirəcəyik. Bu, Avropa çempionatının seçmə mərhələ matçıdı".

 

Obradoviç Serbiya millisinə yeni seçmə mərhələdə uğurlar arzu edib və azərbaycanlı tələbələrinin fianl mərhələsinə çıxmaq şansları barədə sualı "köhnə qitə gənclər üçündü" gülərək cavablandırıb. Əlavə edək ki, Azərbaycan U-21 Fransa, Slovakiya, İsveçrə, Gürcüstan və Lixtenşteynlə bir qrupdadı: "Əlbəttə, çətin olacaq. Ancaq bizim belə bir haqqımız var ki, bu qrupdan çıxmağı arzulayaq".

 

 

22 May 2019
21 May 2019
B.eÇ.aÇC.aCŞB