TOP 10

Voleybolda rəzalət: çempionat oyununu məşqçi idarə etdi - Azərbaycanda - VİDEO

Voleybol
Tarix: 2019-03-07 20:02

Azərbaycan voleybolunda rüsvayçı olay baş verib. Sport24.az xəbər verir ki, kişilər arasında ölkə çempionatının növbəti turu çərçivəsində  “Lokomotiv” – U-19 matçı peşəkar hakimlər olmadan keçirilib.

 

Belə ki, hakimlər maaşlarını ala bilmədikləri üçün çempionatı boykot ediblər. Bu səbəbdən qarşılaşmanı “Lokomotiv”in məşqçisi idarə edib. Oyunun xətt hakimləri isə ümumiyyətlə olmayıb.

 

Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyasının prezidenti “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovdu.

17 Avqust 2019
16 Avqust 2019
B.eÇ.aÇC.aCŞB