TOP 10

"Sumqayıt"dan ilk xal, “Neftçi”dən darmadağın

Futbol
Tarix: 2019-03-02 20:22

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 19-cu tura start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.


Turun açılış matçında 3-cü pillədə qərarlaşan “Səbail” “Sumqayıt”ı qəbul edib. Aftandil Hacıyevin yetirmələri bu oyunda qələbə qazanmaqla üst pillələrdəki mövqeyini möhkəmləndirməyi hədəfləmişdi. Ayxan Abbasovun çalışdırdığı qonaq komanda isə sonuncu pillədən qurtulmaq üçün mübarizə aparıb. Amma görüşdə qol qeydə alınmayıb. Hər halda, bu, "Sumqayıt"ın qış fasiləsindən sonra ilk xalı olduğundan aktivinə yazılmalıdı. 


Günün digər oyununda lider “Neftçi” debütant “Sabah”la üz-üzə gəlib. Ötən tur “Səbail”ə uduzmaqla vahid liderliyi əldən verən “ağ-qaralar” həmin uğursuzluğu debütantla görüşdə unutdurmağa çalışıb. Elşad Əhmədovun çalışdırdığı qonaq komanda isə qələbə həsrətinə son qoymaq iddiasındaydı. Meydan sahibləri bu görüşdə darmadağına imza atıblar.


Azərbaycan Premyer Liqası
19-cu tur

2 mart


“Səbail” – “Sumqayıt” - 0:0
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Ziya Nəsirov.
Bakı. “Bayıl Arena”, 16:00.

Səbail: 1. Aleksandr Rıbka, 13. Şəhriyar Rəhimov (k), 5. Vüqar Bəybalayev, 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 4. Enrike Perilyo, 99. Jarjue Maudo, 8. Yevgeni Koçuk, 28. Kevin Kubemba, 9. İmanol İriberri, 7. Fəhmin Muradbəyli.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 26. Kamal Qurbanov, 88. Orxan Qurbanlı, 11. Ruslan Qurbanov, 33. Tome Kitanovski, 3. Tamazi Tsetsxladze, 17. Elçin Rəhimli, 18. Aqşin Qurbanlı, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.

Sumqayıt: 1. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 99. Əli Babayev, 60. Elvin Məmmədov, 10. Aleksey İsayev, 22. Əfran İsmayılov, 5. Adil Nağıyev, 8. Peyman Babayi, 9. Ehtiram Şahverdiyev, 74. Yusif Nəbiyev.
Ehtiyat oyunçular: 12. Rəşad Əzizli, 21. Arif Daşdəmirov, 17. Nicat Qurbanov, 7. Cavid Tağıyev, 11. Atilla Yıldırım, 34. Elvin Bədəlov, 15. Əmir Ağayev, 70. Ülvi İsgəndərov, 97. Xəyal Nəcəfov, 77. Murad Xaçayev, 18. Süleyman Əhmədov.
Baş məşqçi: Ayxan Abbasov.


“Neftçi” – “Sabah” 3:0
Qol: C.Sansone, 9. E.Mahmudov, 24. B.Dabo, 79.
Qırmızı vərəqə: M.Mirzəbəyov, 84 (ikinci sarı).
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Nail Nağıyev
Bakı. 8-ci km stadionu, 18:30.


Neftçi: 1. Səlahət Ağayev, 21. Məhəmməd Mirzəbəyov, 8. Emin Mahmudov (k), 7. Namiq Ələsgərov, 25. Kiril Petrov, 93. Soni Mustivar, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 11. Vangelis Platellas, 16. Canluka Sansone, 26. Ömər Buludov.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 15. Ruslan Abışov, 22. Mirabdulla Abbasov, 6. Qoran Paratski, 36. Mamadu Kane, 4. Petru Raku, 5. Anton Krivotsyuk, 33. Turan Vəlizadə, 70. Əli Şirinov.
Baş məşqçi: Roberto Bordin.

Sabah: 30. Saşa Stamenkoviç, 21. Novruz Məmmədov, 5. Kərim Diniyev (k), 91. Coşqun Diniyev, 17. Təmkin Xəlilzadə, 7. Rəşad Eyubov, 19. Məqsəd İsayev, 4. Tərzin Cahangirov, 13. Filip İvanoviç, 9. Marko Deviç, 11. Elgün Nəbiyev.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 6. Vadim Abdullayev, 10. Cavid İmamverdiyev, 27. Bəxtiyar Soltanov, 25. Vanderson Silva, 22. Miloş Bosançiç, 33. Eltun Turabov, 88. Elçin Əsədov, 97. Emil Qasımov, 77. Şakir Seyidov.
Baş məşqçi: Elşad Əhmədov.


Turun qalan oyunları sabah keçiriləcək: “Zirə” – “Qəbələ”, “Keşlə” – “Qarabağ”.

22 May 2019
21 May 2019
B.eÇ.aÇC.aCŞB