TOP 10

Qara Qarayevin taleyinə aydınlıq gəldi: "Nə qədər gücüm var, bu komandanın xidmətində olmağa çalışacam"

Futbol
Tarix: 0000-00-00 00:00

Növbəti mövsüm transfer çalışmalarını davam etdirən "Qarabağ" daha bir futbolçuyla müqavilə yeniləyib. Sport24.az xəbər verir ki, komandanın yetirməsi və millimizin üzvü olan Qara Qarayevlə yeni müqavilə imzalanıb. Razılaşmaya əsasən 25 yaşlı yarımmüdafiəçi daha iki il Ağdam klubunun formasını geyinəcək.

Qarayev klubun rəsmi saytına açıqlamasında bildirib ki, daha iki il "Qarabağ"ın bir parçası olmaq onun üçün qürurvericidi: "Nə qədər gücüm var, bu komandanın, bu camiənin xidmətində olmağa çalışacam. Klub rəhbərliyi və məşqçilər heyətinə də təşəkkürümü bildirirəm ki, məni yenidən komandada görmək istəyirlər. Bu da məni çox sevindirir. Növbəti illərdə də "Qarabağ"ın uğurları üçün əlimdən gələni edəcəm".

19 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB