TOP 10

Millimizin üzvü: “Fiziki baxımdan bir qədər axsayırıq”

Futzal
Tarix: 2019-02-20 13:16

19 yaşadək futzalçılardan ibarət Azərbaycan və Türkiyə yığmaları arasında keçirilmiş yoldaşlıq oyununda çıxışı ilə rəğbət qazanan Azərbaycan millisinin qapıçısı Vladislav Reznov qarşılaşma ilə bağlı Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlama verib. Sport24.az xəbər verir ki, Reznov 3:5 hesabıyla məğlub olduqları matç haqda bunları deyib:


“Maraqlı oyun alındı. Birinci hissədə biz üstün idik. Bu üstünlüyümüz sayəsində fasiləyə qalib yollandıq. İkinci hissədə istədiklərimizi reallaşdıra bilmədik. Uşaqlar yoruldular. Fiziki baxımdan bir qədər axsayırıq. Rəqib bizi ancaq bu göstəricidə qabaqladı. Onlar fiziki gücün hesabına qələbə qazandılar. Onlarla bir oyunumuz da var.


Səhvlərimizi analiz edib, düzəltməliyik. Adından da göründüyü kimi, yoldaşlıq oyunudur. Martda bizi çətin sınaqlar gözləyir. Hamı bilir ki, Avropada zəif, asanlıqla udacağın komanda yoxdur. İndi əksər ölkələrdə futzala diqqət artıb, komandalar güclənməyə çalışırlar”.

20 Iyul 2019
19 Iyul 2019
B.eÇ.aÇC.aCŞB