TOP 10

Kamranla Rauf da 1/4 finala yüksəldi

Boks
Tarix: 2019-02-17 23:44

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turniri davam edir. Sport24.az xəbər verir ki, 43 ölkədən 360 idmançının qatıldığı yarışda 1/8 final mərhələsinə yekun vurulub. Bu mərhələnin son günündə rinqə çıxan 7 boksçumuzdan 3-ü mərhələ adlayıb.


75 kq çəki dərəcəsində qüvvəsini sınayan Kamran Şahsuvarlı Fransisko Veronu (Argentina) sınağa çəkib. İlk qarşılaşmasında polşalı Rişard Leviskini mübarizədən kənarlaşdıran Olimpiya mükafatçımız bu dəfə də qələbə qazanıb. O, rəqibini 3:2 (29:28, 28:29, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib. Şahsuvarlı 1/4 finalda türkiyəli Serhat Gülərlə üz-üzə gələcək.


Rauf Rəhimovun da ikinci cəhdi uğurlu alınıb. Azərbaycan çempionu Harş Lakranın (Hindistan) ardınca Jon Nobel Marvinə (Filippin) də qalib gəlib. Həmyerlimiz 3:2 (29:28, 29:28, 29:28, 28:29, 28:29) hesabı ilə qələbə qazanıb. O, yarımfinala gedən yolda isveçrəli Uke Smajli ilə döyüşəcək.


+91 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev də 3:2 (28:29, 28:29, 28:29, 28:29, 28:29) hesablı qələbə sayəsində adını 1/4 finala yazdırıb. Təmsilçimiz rumıniyalı Miyah Nistordan üstün olub. Abdullayev növbəti görüşünü serbiyalı Vladan Babiçə qarşı keçirəcək.


Digər boksçularımızdan Məsud Yusifzadə (52 kq), Tafur Əliyev (56 kq), Elvin İsayev (64 kq) və Rahil Məmmədli (91 kq) “Strandja” turniri ilə vidalaşıblar. Onlar müvafiq olaraq, Douqlas de Andrade (Braziliya), Mirəzizbəy Mirzəxalilov (Özbəkistan), Harrison Qarsid (Avstraliya) və Abner Juniora (Braziliya) uduzublar.

CBCsport
28 May 2020
27 May 2020
B.eÇ.aÇC.aCŞB