TOP 10

“Fənərbaxça” “Zenit”i məğlub yola saldı

Dünya Futbolu
Tarix: 2019-02-12 23:59

Bu gün futbol üzrə Avropa Liqasında 1/16 mərhələsinə start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. 


Türkiyənin turnirdəki iki təmsilçisindən biri olan, bu mövsüm uğursuz çıxışı ilə yadda qalan “Fənərbaxça” “Zenit”i (Rusiya) qəbul edib. İstanbulda baş tutan qarşılaşmada meydan sahibləri minimal hesabla qalib gəliblər. Əlcəzairli hücumçu İslam Slimaninin vurduğu yeganə qol türklərə qələbə qazandırıb. Rusların fasilə ərəfəsində hesabı bərabərləşdirmək üçün yüzfaizli imkanı olsa da, Robert Makın penalti zərbəsi dəqiq olmayıb. 

 

Komandalar arasında cavab oyunu fevralın 21-də Sankt-Peterburqda olacaq.
 

Qeyd edək ki, bu mərhələnin ilk oyunlarına fevralın 14-də keçiriləcək 15 görüşlə yekun vurulacaq.




Avropa Liqası
1/16 finalın ilk oyunları

12 fevral


Fənərbaxça (Türkiyə) – Zenit (Rusiya) 1:0
Qol: Slimani, 21.


14 fevral


21:55. Krasnodar (Rusiya) – Bayer (Almaniya)
21:55. Qalatasaray (Türkiyə) – Benfika (Portuqaliya)
21:55. Latsio (İtaliya) – Sevilya (İspaniya)
21:55. Rapid (Avstriya) – İnter (İtaliya)
21:55. Renn (Fransa) – Betis (İspaniya)
21:55. Slaviya (Çexiya) – Genk (Belçika)
21:55. BATE (Belarus) – Arsenal (İngiltərə)
21:55. Olimpiakos (Yunanıstan) – Dinamo (Ukrayna)
00:00. Brügge (Belçika) – Zalsburq (Avstriya)
00:00. Malmö (İsveç) – Çelsi (İngiltərə)
00:00. Seltik (Şotlandiya) – Valensiya (İspaniya)
00:00. Sportinq (Portuqaliya) – Vilyarreal (İspaniya)
00:00. Sürix (İsveçrə) – Napoli (İtaliya)
00:00. Şaktyor (Ukrayna) – Ayntraxt (Almaniya)
00:00. “Viktoriya” (Çexiya) – “Dinamo” (Xorvatiya)

22 Fevral 2019
21 Fevral 2019
B.eÇ.aÇC.aCŞB