TOP 10

“Qarabağ”da 3 itki

Futbol
Tarix: 2019-02-12 23:13

“Qarabağ” Azərbaycan Premyer Liqasının 17-ci turunda qarşılaşacağı “Qəbələ”ylə matçın hazırlığına start verib. Sport24.az xəbər verir ki, klubun bazasında baş tutan məşqdə futbolçular isinmə hərəkətlərinin ardından fiziki təmrinləri yerinə yetiriblər.

Daha sonra isə komanda taktiki çalışmayla məşqi yekunlaşdırıb. 


Zədəli futbolçular - Araz Abdullayev və Mahir Mədətov hazırlığın ilk hissəsində komandayla məşq etsə də, daha sonra fərdi olaraq çalışmaları yerinə yetirib. Daha bir zədəli futbolçu - Miçel isə məşqdə iştirak etməyib.

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB