TOP 10

Şəhriyar Məmmədyarov yaddaşının dolmasından ehtiyatlanır: "Məni dəlixanaya aparacaqdılar..."

Şahmat
Tarix: 2019-02-12 18:18

Azərbaycan şahmat tarixinin ən güclü şahmatçısı Şəhriyar Məmmədyarov məşhur "БАКУ" jurnalına müsahibə verib. Sport24.az Chess.az-ın tərcümə etdiyi həmin müsahibəni təqdim edir.
 

 

"14 yaşım olanda FİDE reytinqim yox idi"

–Sizin ailəniz şahmatçı ailəsidir. Hətta bacılarınız da  Azərbaycan Çempionu olmuşdurlar. Bəs ailənizdə kim şahmat oynamır?

– Anam oynamır. Amma təbii ki, fiqurları tanıyır. Balların hesablanma sistemini də yaxşı bilirvə çıxışlarımızı yaxından izləyir. Yarışlardan canlı yayım olanda isə hamısına baxır və bizə  görə çox həyacan keçirir.

 

– Oyunlar zamanı üz ifadəniz çox gərgin görünür....

– Oyun zamanı gülümsəmək qəribə olardı.Buna baxmayaraq bəzi şahmatçılarda bu xüsusiyyət var. Bəzən gediş edirsən,rəqibin də etdiyin gedişə gülümsəyir. Adamda elə gəlir ki, elə bil sən nəsə kobud səhv etmisən. Bu psixolojı hücumdur və oyun zamanı heç də xoş olmur.Təbii ki, təbii aktiv mimikalı adamlar da olur . Məsələn ukraynalı qrossmeyster Vasiliy İvançuk. Biz hamımız anlayırıq ki,o təbiətcə belədir.  

 

– Hər şey haradan başladı. Şahmatla necə tanış oldun?

– Şahmata ilk dəfə Zəngilan şəhərində ,Rəşid əmim gildə toxunmuşam. Uşaq idik ,fiqurlarla oynayırdıq ,ora-bura atırdıq. Sonra atam mənə oyun qaydalarını öyrətdi və mən o vaxtdan şahmatla ciddi məşğul olmağa başladım. Böyük bacım Zeynəb də şahmata həvəs göstərirdi. Biz onunla birlikdə şahmat məktəbinə gedirdik. Əvvəllər Zeynəbə məğlub olurdum. Əslində, şahmata çox gec - 9 yaşımdagəldim. Bu gün dünyada ilk 20-likdə yer alan şahmatçıların hamısı məndən xeyli əvvəl başlayıblar. Məsələn Teymur Rəcəbov artıq 4 yaşında Beynəlxalq turnirlərdə iştirak edirdi,rəhmətlik Vüqar Həşimov 8 yaşında artıq FİDE Ustası idi, mən isə heç 17 yaşımda FİDE master ola bilmədim. Ümumiyyətlə mənim keçdiyim yolu unikal adlandırmaq olar. Mənim 14 yaşım olanda FİDE reytinqim belə yox idi. 21 yaşımda isə dünyanın 4-cü şahmatçısı oldum. 8 il ərzində mən 0-dan zirvəyə qədər qalxamağa bacardım. Bəziləri yarım əsr oynayır və belə uğura nail ola bilmirlər.

 

 

"Belə davam etsə, məni ən yaxın olan dəlixanaya aparacaqdılar"

– Siz əsgərlikdə də şahmatçı olmusunuz. Bu necə baş verdi ?

– Bəxtim gətirdi. Çağırışdan iki gün əvvəl mən 20 yaşlılar arasında Dünya Çempionu oldum. Məşqlərimə davam etmək və formada qalmağım üçün prezident İlham Əliyevin göstərişi ilə əsgərliyə MOİK-a göndərildim. Əsgərlikdən sonra ali iqtisadi təhsil aldım. Özü də Universiteti Qırmızı diplomla bitirmişəm. Baxmayaraq ki, dərslərdən çox şahmatla məşğul olurdum. Gündə 10 saatımı şahmata həsr edirdim. 

 

– Gündə 10 saat şahmatla məşğul olmaq çətin deyil ki?

– 17-20 yaşlarımdamənim üçün çox rahat idi. İndi isə biraz çətinləşib. Ailə, ev qayğıları və s. Bu yaxınlarda Qaxda keçirilən təlim məşq toplanışı zamanı gündəlik 18 saat məşğul olmaqla, rekord müəyyənləşdirmək istədim. Amma iki gündən sonra anladım ki, biraz da  belə davam etsə məni ən yaxın olan dəlixanaya aparacaqdılar.

 

– Hər gün məşq edirsiz ?

– Bir dəfə Tal deyib ki, "Mən bir gün şahmatla məşğul olmayanda hiss edirəm ki. oyunum qeyri-adi alınır. İki gün məşğul olmayanda isə mənim pis partiya oynadığımı  hətta qonşular da deyirlər". Təbii ki, o, zarafat edirdi. Amma sözündə həqiqət var. Hər gün mütləq oynamaq,partiyaları analiz etmək və oyunları izləmək lazımdır.

 

 

"Stoyanşik" yaxınlaşdı və dedi ki :"Görmürdün   ki,topnan piyadanı vura bilirdin?"

– Məyus olduğunuz anlar olur?

– Əlbəttə. Ardıcıl məğlubiyyətlərdən sonra istəyirsən ki, turnir tez bitsin. Fərqi yoxdur hansı nəticə ilə, amma həmən bitsin. Bir dəfə yarışda mən ardıcıl olaraq 6 partiyada məğlub oldum. Bu yarışa getməməli idim, sadəcə mən imtina edə bilməzdim. Bu Şəmkirdə Vüqar Həşimovun xatirəsinə xəsr olunuş birinci turnir idi.Məğlubiyyətlər olur. Ötən il Fabiano Karuana Veyk-an-Zee-də 30 reytinq saldı,ardınca isə gedib İddiaçlıar turnirinin qalibi oldu. Məndə bir dönəm olmuşdu ki,16 ay ərzində cəmi 6 dəfə məğlub olmuşdum,ağlarla isə ümumiyyətlə məğlub olmurdum.

 

– Məğlubiyyətlər də yəqin ki, nələrisə öyrədir?

– Maqnus Karlsen bununla razılaşmayacaq (gülür). Baxmayaraq ki ,onun da uğursuz turnirləri olur.

 

– Məğlub olanda həyacanlanırsız? 

– Bəli. Hər bir məğlubiyyət mənim üçün kiçik bir ölümdür. Amma qorxmuram.Risk etməsəydim və qorxsaydım bu qədər qələbə qazana bilməzdim. 

 

– Turnirlərdən sonra necə dincəlirsiz?

– Baxır turnirə. Uğurlu turnir olanda ailəmlə,dostlarla qeyd edirəm. Uğursuz olanda da yenə də çalışıram ailəmlə və dostlarımla bu uğursuzluğu unudum. Arada harasa, heç kimin məğlub olduğumu bilmədiyi bir yerlərə çıxıb gedirəm. Bir dəfə maraqlı bir əhvalat oldu. Sergey Karyakinlə oynadığım partiyada çox sadə bir vəziyyət var idi. Şah və top məndə,şah və piyada Sergeydə idi. Bundan əlavə vaxtım da, Karyakindən xeyli çox idi. Mən sadəcə topla piyadaya hücüm etməli idim,ikinci gedişlə isə piyadanı alırdım. Amma nədənsə bu gedişi görmədim. Sonradan özüm də təcübləndim. Rahat udacağım oyun heç-heçə ilə nəticələndi. Oyundan sonra qrossmeysterlər mənə yaxınlaşıb soruşurdurlar ki, "Top b6 gedişini görmədin ?" , dedim nə bilim,belə alındı. Sonra həmin sualı mənə birinci dərəcəli şahmatçılar və hətta tamaşaçılar da verdilər,onlara da eyni cavabı verdim ki,arada belə də olur. Düşdüm dayanacağaki,avtomobilimə minim gedim.Bu anda mənə "stoyanşik" yaxınlaşdı və dedi ki,"Görmürdün ki, topnan piyadanı vura bilirdin?", ayağımı basdım qaza sürdüm (gülür).

 

 

"Sizə bir sirr açım..."

– Dahi şahmatçılarla görüşlər sizə nələri qazandırdı?

– Adətən şahmatçılar  çox qapalı olurlar. Sirrlərini və ideyalarının bölüşməyi xoşlamırlar. Hətta iki dost şahmatçı görüşəndə belə, onlar şahmatdan çox az danışırlar. Amma istisnalar da olur. Məsələn yenə də Vasiliy İvançuk. Çox saf və xoşniyyətli bir insandı. Vaxtı ilə mənə xeyli dəyərli məsləhətlər verib. Mənim o vaxt 17 yaşım var idi və təcrübəli dost məsləhətinə böyük ehtiyacım var idi. 

 

– XIX əsrdə ən gücül şahmatçı Vilhelm Steynits idi,XX-ci əsrin ilk yarısında Lasker,Kapablanka və Alyoxin. Sonradan Fişer,Botvinnik,Tal,Karpov.. Bu nəsillər nə ilə fərqlənir?

– Mən təzə başlayanda Steynits və Kapablankanın partiyalarından öyrənirdim. Amma indi onların oyunlarından yeniliklər tapa bilmirəm. Əminəm ki, 50 ildən sonra şahmatçılar bizib partiyalara baxanda dagülümsəyəcəklər. Çünki səhvsiz şahmat dövrü gələcək. Kompyüter insana çox şeylər öyrədəcək. Əvvəllər başqa cür oynayırdılar. Çoxlu təxirə salınmış oyunlar olurdu və s. İndi Maqnus Karlsenin oynadığı aqresiv oyunlarkeçmişdə ümumiyyətlə yox idi. Mən inana bilmirəm ki, illər sonra Maqnusdan da güclü şahmatçı olacaq. Bu adam demək olar ki səhf etmir.

 

– Dahi şahmatçılarla görüşləri xatırlayırsız?

– Moskvada keçirilən Tal Memorialında mənə dahi Korçnoy yaxınlaşıb dedi ki, "Sən mənim ən sevimli oyunçumsan. Sənə azarkeşlik edirəm". Onun bu sözlərinin şokundan ayılmamış mənə dedi ki, gözlə gəlirəm. Qayıdanda hədiyyə ilə qayıtdı - mənəşampan hədiyyə etdi. Bu görüşmənim üçün çox xoş idi. Deyəsən növbəti gün mən turnirdə  uduzdum ,amma başqa şeyə görə heyfslənirəm. Mən Viktor Lvoviça çox sözüm vari idi, onun necə bir dahi olduğunu ona demək istəyirdim amma gecikdim.Fişerlə görüşmək şansım da var idi. İslandiyada keçirilən turnirdə administrator dedi ki, Fişer kitabxanada oturub,amma keyfi yerində deyil və heç kimi görmək istəmir. Düşündüm ki,birdən mənimlə kontakta girməz və bu mənə yarış qabağı pis təsir edər. Amma indi düşünürəm ki,kaş ki, onunla görüşməyə cəhd edərdim

 

– Kompyüterə qalib gəlmək olar ? 

– Gələcəkdə bütün güclü şahmatçılar bir yerə toplaşsa bəlkə kompyüterlə heç-heçə edə bilərlər. Kompyüteri insan yaradıb. Deməli insan ona qalib gəlmək yolunu da tapacaq. Mən bir dəfə kompyüterə qalib gəlmişəm. İş orasındadır ki,kompyüter ancaq qələbəyə köklənib. Onun heç-heçəyə oynamaq kimi xüsusiyyəti yoxdur,amma mən heç-heçəyə oynadım. Bir anda kompyüter qələbə üçün riskli gediş etməli oldu. Etdi və uduzdu. 

 

–Yaddaşınız necədi? Gözüyumulu neçə partiya oynaya bilərsiniz?

– Məncə rahat 10 partiya oynaya bilərəm.Amma özbək Timur Qareyev var, o bu yaxınlarda 50 taxtada seans oynadı və onlardan 48-də qalib gəldi. Bu çox böyük yüklənmədi.

 

– Həyatda güclü yaddaş köməyinizə çatır ?

–(Gülür) Mən elektron ünvanımın parolunu tez-tez unuduram, mobil telefonumu restoranlarda masanın üstündə unuduram. Mən elə bil ki,yadadaşımın dolmasından ehtiyatlanıram. Ona görə də şahmatdan başqa şeylərlə yaddaşımı doldurmuram. Bir dəfə turnirdə partiyaları yazmırdım. Turnir bitəndə isə oturdum və keçirdiyim 18 partiyanın hamısını yazdım . Yoxlayanda gördüm ki, hamısını səhvsiz yazmışam. Sizə bir sirr açım,heç də bütün şahmatçılar yaxşı yaddaşa malik deyil. Bəziləri həmişə eyni debütdan istifadə edirlər. 

 

–Şahmatçının ağılı adi insanın ağılı ilə nə ilə fərqlənir ?

– Deyirlər şahmatçının riyazi düçüncə tərzi var. Amma məncə riyazidən daha çox intuitivdir. Tutaq ki,şahı g1 xanasından hara çəkməlisən ki, 20 gedişdən sonra o zərbə altında qalmasın. Bunu hesablamaq mümkünsüzdür,amma intuisiya kömək edə bilər.Anatoliy Karpov çox güclü intuisiyaya malik şahmatçı idi. 

 

–İntuisiyanı inkişaf etdirmək olar ?

 

–Olar. Qəribəsi də odur ki, bir çox gənc şahamatçı və onların müəllimləri bunu etmirlər. Xeyli məşqlər var . Ən sadəsindən başlayaq : qəpik hansı əlimdədi? Əvəllər mən düz tapa bilmirdim. Sonradan taktikamı dəyişdim və düşündüyümün əksini deməyə başladım. Bu taktika nəticə verdi. Şahmatda adətən ağlına gələn ilk fikir 90% düz çıxır. Çox düşünəndə,tərəddüd edəndə tapdığın düz cavabınüstündən keçə bilərsən. İntuisiya çox önəmlidir. Mən sürətli şahmatı sevirəm. Məhz ona görə da sürətli şahmat üzrə Dünya Çempionu da olmuşam.

18 Iyul 2019
17 Iyul 2019
B.eÇ.aÇC.aCŞB