TOP 10

UEFA Salanı unutmadı

Dünya Futbolu
Tarix: 2019-02-12 18:00

Bu həftə UEFA Çempionlar Liqası və Avropa Liqası çərçivəsində keçiriləcək oyunlar bir dəqiqəlik sükutla başlayacaq. Sport24.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.


Sükuta səbəb, mərhum argentinalı futbolçu Emiliano Salanın ruhunu yad etməkdir.


“Nant”dan “Kardiff Siti”yə transfer olunan Sala, təyyarə qəzasında həyatını itirib.


ÇL-də “Roma” – “Portu” və “Mançester Yunayted” – PSJ, AL-də isə “Fənərbaxça” – “Zenit” qarşılaşmaları keçiriləcək. ÇL matçları saat 00:00-da, AL isə 21:55-də start götürəcək.

22 Fevral 2019
21 Fevral 2019
B.eÇ.aÇC.aCŞB