TOP 10

“Neftçi” “Zirə" ilə oyuna 1 itki ilə hazırlaşır

Futbol
Tarix: 2019-02-12 17:25

“Neftçi” Premyer Liqanın 17-ci turunda qarşılaşacağı “Zirə” ilə oyuna hazırlığını davam etdirir. Sport24.az xəbər verir ki, “Keşlə” ilə qarşılaşmadan (2:0) sonra hazırlığa fasilə verməyən komanda bu gün öz bazasında növbəti məşqə çıxıb. 


Zədəli Aqil Məmmədovdan başqa bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub. Hazırlığın sabah bir məşqlə davam etməsi nəzərdə tutulub.


Xatırladaq ki, fevralın 16-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək "Zirə” – "Neftçi” oyunu saat 17:30-da başlanacaq.

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB