TOP 10

“Sumqayıt” “Keşlə” üçün başladı

Futbol
Tarix: 2019-02-12 17:07

“Qarabağ”la oyundan sonra 1 günlük istirahətə buraxılan “Sumqayıt” bu gündən “Keşlə” ilə oyun üçün hazırlığa başlayıb. Sport24.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etidyi kollektiv bu gün 13:30-da Sumqayıt şəhər stadionunun təbii ot örtüklü ehtiyat meydançasında məşqə çıxıb.

21 yaşadək milli komandanın heyətində olan Süleyman Əhmədov və Murad Xaçayev məşqdə iştirak etməyib. 


Təxminən 1.5 saat davam edən hazırlıq prosesində əvvəlcə fiziki gücün artırılması, daha sonra isə topla müxtəlif hərəkətlər və bir sıra taktiki gedişlər üzərində çalışılıb. Məşqə ikitərəfli oyunla yekun vurulub.


“Keşlə” – “Sumqayıt” qarşılaşması 16 fevral, saat 15:00-da “ASK Arena”da keçiriləcək.

18 Aprel 2019
B.eÇ.aÇC.aCŞB