TOP 10

Bakıda Avropa Klublar Birliyinin regional iclası keçirildi

Futbol
Tarix: 2019-02-12 16:22

Bu gün Bakıda Avropa Klublar Birliyinin (ECA) regional iclası keçirilib. Sport24.az xəbər verir ki, "Qarabağ" Futbol Klubunun təşəbbüsü ilə Azərbaycan paytaxtında baş tutan iclasda Türkiyə ("Beşiktaş", "Fənərbaxça", "Başakşəhər"), İsrail ("Makkabi", Hayfa, "Makkabi", Tel-Əviv) və MDB ölkələrinin ("Zenit", "Zimbru", "Daçia", "Dinamo" (Minsk), ÇSKA (Moskva), "Jalgiris", həmçinin "Neftçi", "Qəbələ" və “Qarabağ” klublarının nümayəndələri iştirak edib. 


İclasda 2021-24-cü illərdə baş tutacaq yarışların reqlamenti və keçirilməsi, Avropa Liqası-2 turnirinin mahiyyəti müzakirə olunub. 


Qeyd edək ki, “Qarabağ”ın baş meneceri Asif Əsgərov Avropa Klublar Birliyinin İşçi qrupunun büro üzvüdü.


Martın 25-də Amsterdamda isə Avropa Klublar Birliyinin baş assembleyası keciriləcək və burada regional iclasda səsləndirilən fikirlər ümumiləşdirilərəcək və daha sonra UEFA-ya təqdim olunacaq.

18 Aprel 2019
17 Aprel 2019
B.eÇ.aÇC.aCŞB