TOP 10

TFF Luçeskuya nə qədər təzminat ödəyəcək?

Dünya Futbolu
Tarix: 2019-02-12 16:43

Futbol üzrə Türkiyə millisinin baş məşqçi postundan istefaya göndərilən Mirça Luçeskuya buna görə təzminat ödəniləcək. Sport24.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) 73 yaşlı rumıniyalı mütəxəssisə 840 min avro (5 milyon TL) təzminat ödəyəcək.


Qeyd edək ki, Luçeskunun TFF ilə 2019-cu ilin yayına qədər müqaviləsi var idi. Lakin o, uğursuz nəticələr səbəbindən ötən gün istefaya göndərildi.


Rumıniyalı mütəxəssisin yerinə “Beşiktaş”ın çalışdırıcısı Şenol Günəş gətiriləcək.

18 Iyul 2019
17 Iyul 2019
B.eÇ.aÇC.aCŞB