TOP 10

Əliyevin komandası İspaniyaya yollandı

Dünya Futbolu
Tarix: 2019-02-12 15:21

Azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi Rusiyanın “Ufa” klubu təlim-məşq toplanışı çərçivəsində İspaniyaya yollanıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Ufa”nın baş məşqçisi Dmitri Kiriçenko toplanışa 25 futbolçu aparıb. Azər Əliyev də İspaniyaya yollanan oyunçular arasındadır.


“Ufa” İspaniyada üç yoxlama oyunu keçirəcək. Fevralın 15-də İspaniyanın “Almeriya”, 19-da Gürcüstanın “Lokomotiv” klubuyla qarşılaşacaq “Ufa”, son yoxlama matçını Moskva ÇSKA-sına qarşı keçirəcək. “Ufa” – ÇSKA görüşü fevralın 23-də keçiriləcək.

22 Fevral 2019
21 Fevral 2019
B.eÇ.aÇC.aCŞB