TOP 10

Turun "Ən"ləri-16: Qəhrəmanlar "Qarabağ"dan, antiqəhrəman bombardir oldu

Futbol
Tarix: 2019-02-12 14:18

Azərbaycan Premyer Liqasında (TPL) yeni mövsümün qış fasiləsindən sonra ilk turu arxada qaldı. Sport24.az hələ ötən çempionatın ilk turundan başladığı “Turun “ƏNLƏR”i rubrikasıyla görüşünüzə gəlməkdə davam edir. 

 

Qapıçı: Kamal Bayramov ("Zirə")

 

Müdafiəçilər: Şəhriyar Rəhimov ("Səbail") - Rəşad Sadıqov ("Qarabağ") - Mamadu Mbodj ("Neftçi") - Maksim Medvedev ("Qarabağ", 2)

 

Yarımmüdafiəçilər: Abdullah Zubir ("Qarabağ", 4 ) - Soni Mustivar ("Neftçi", 4) - Emin Mahmudov ("Neftçi", 4) - Filip Ozobiç ("Neftçi") - Davit Volkov ("Qəbələ")

 

Hücumçu: Rauf Əliyev ("Qəbələ")

 

 

Turun BAŞ MƏŞQÇİsi - Qurban Qurbanov ("Qarabağ", 2)

Dəmir oyun nizam-intizamı. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun futbol fəlsəfəsi çətin Sumqayıt səfərindən 3 xalla ayrılmağa imkan verdi. Ağdam klubunun futbolçular təcrübəli baş məşqçilərinin tapşırıqlarını düzgün yerinə yetirərək yaxşı oyunla layiqli qələbə qazandılar. Qurbanovun zədə baxımından itkiləri, xüsusilə bombardiri Mahir Mədətovun yoxluğu olsa da, bu, nəticədə öz əksini tapmadı.

 

 

Turun QƏHRƏMANı - Filip Ozobiç ("Qarabağ")

Qurbanovun hələ Antalyadakı yoxlama matçlarında start heyətində yer verərək oyun qurucusu kimi oynatdığı Filip Ozobiç hazırda yaxşı formadadı. Xorvatiyalı yarımmüdafiəçi "Sumqayıt"la səfər matçında da səviyyəsini göstərdi. Filip hələ ilk hissədə hesabı açmaqla qələbənin təməli qoydu. Maraqlıdı ki, onun zərbəsi "Kapital Bank Arena"da qapı toru da dözmədi və top çölə çıxdı. Bu, qolun sayılıb-sayılmamağıyla mübahisə yaratsa da, sonda haqq-ədalət bərqərar oldu. Komandasının oyununda dirijorluq edən Ozobiç ikinci qolda da iştirak edərək qəhrəman oldu.

 

 

Turun ANTİQƏHRƏMANı - Marko Deviç ("Sabah")

"Sabah"ın ukraynalı bombardiri Marko Deviç adətən meydana çıxdığı matçlarda qəhrəman olsa da, bu dəfə antiqəhrəman oldu. 36 yaşlı hücumçu "Qəbələ"ylə son turda "Əlincə Arena"dakı matçın ilk hissəsində simulyasiyayla penalti qazanmağa çalışsa da, hər 2 halda gənc baş hakim Səbuhi Bayramovu aldada bilmədi. Nəitcədə Deviç 45+1-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovuldu və komandasını çətin vəziyyətdə qoydu. Fasiləyə hesabda geridə yollanan debütant 2-ci hissədə 10 nəfərlə məğlubiyyətin əvəzini çıxa bilmədi. 

 

 

Turun KOMANDAsı - "Qəbələ" (2)

"Qəbələ" qış fasiləsindən uğurlu çıxış edərək turnir cədvəlində vəziyyətini yaxşılaşdırmaqdadı. Təsadüfi deyil ki, Sənan Qurbanovun komandası son turda "qonşu"su "Sabah"ı səfərdə məğlub edərək 4-cü pilləni onun əlindən aldı. Üçüncü dövrədə yüzfaizli nəticə göstərən komanda hələ ki yalnız "Qəbələ"di. "Qırmızı-qaralar" qapısında top da buraxmayıb. "Qəbələ" "Sabah"ı yenə məğlub etməklə kubokda onu mübarizədən kənarlaşdırmasının təsadüfi olmadığını göstərdi. 

24 Aprel 2019
23 Aprel 2019
B.eÇ.aÇC.aCŞB