TOP 10

“Qəbələ”, “Qarabağ”, “Keşlə” və “Sumqayıt”a 800 manatlıq cərimə

Futbol
Tarix: 2019-02-12 12:58

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sport24.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 16-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:


“Sabah” – “Qəbələ” matçının 25-ci dəqiqəsində  “Sabah”ın futbolçusu Marko Deviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun  90+5-ci dəqiqəsində “Qəbələ”nin baş məşqçisi Zaur Haşımov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 800 manat сərimə olunub.


“Sumqayıt” – “Qarabağ” matçında “Sumqayıt”ın 5, “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunub.


“Səbail” – “Zirə” matçının 81-ci dəqiqəsində “Səbail”in futbolçusu Elvin Yunuszadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.


“Neftçi” – “Keşlə” matçında “Keşlə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB