TOP 10

Yurçeviçi tanıyaq: Bundesliqanın bombardiri, UEFA Kubokunun finalçısı və azərbaycanlı futbolçuyla işləmiş çempion məşqçi

Futbol
Tarix: 2019-02-12 09:00

Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin son iclasında bu posta xorvatiyalı mütəxəssis Nikola Yurçeviçin təyin olunması haqda qərar çıxarılıb. 53 yaşlı mütəxəssislə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

 

1996-ci ilin sentyabrın 14-də keçmiş Yuqoslaviyada - Zaqreb şəhərində dünyaya gələn Yurçeviç 15 illik (1984-99-cu illərdə) futbolçu karyerası ərzində ön xətt oyunçusu olub. Belə ki, o, həm hücumçu, həm də yarımmüdafiəçi mövqelərində çıxıb edib. Peşəkar karyerasına yetirməsi olduğu Zaqreb "Dinamo"sunda başlasa da, burda cəmi 4 matç keçirib. Nikola 3 ölkədə - Belçikada, Almaniyada və Avstriyada legioner həyatı yaşayıb. Karyerasında ən uğurlu dövr 2 müxtəlif vaxtda 5 il keçirdiyi, futbolçu kimi çııxşını bitirdiyi (161 oyun, 47 qol) Avstriya "Zalsburq"u olub. Belə ki, Yurçeviç bu komandanın heyətində ardıcıl 2 il - 1993/94 və 1994/95 mövsümlərində Avstriya Bundesliqasının qalibi olub.  O, 1993/94 mövsümündə çempionatın bombardiri və UEFA Kubokunun finalçısı da olub. Hücumçu İtaliya "İnter"inə uduzduqları matçların ikincisində - Millanda (0:1) 90 dəqiqə oynayıb, birincidə - Zaqrebdə 0:2 yenildiklərı görüşü kənardan izləyib.

 

Yaşıl meydanda çıxışını 33 yaşında bitirən Nikola millidə 6 ildə (1990-96-cı illərdə) 19 matçda 2 qol vurub. Bunun birincisi millimizlə AVRO-1996-da bir qrupda düşən İsrail yığmasına səfərdə 4:0 hesabıyla qalib gəldikləri yoldaşlıq görüşündə olub. İsraillər bu seçmə mərhələyə son hazırlıq matçını 1994-cü ilin avqustun 17-də Ramat Qanda keçirib və Yurçeviç bu oyunda hesabı 3:0 edib. Onun digər qolu isə artıq rəsmi görüşdə olub. Bu, 1995-ci ilin noyabrın 15-də Sloveniya yığmasını Lüblyanada 2:1 hesabıyla məğlub etdikləri matçdı. Nikola qələbə topunun müəllifi olub və Xorvatiya millisiylə vəsiqə qazandığı AVRO-1996-ın final mərhələsində iştirak edib. 

 

Yurçeviç məşqçilik karyerasına futbolçu kimi də çıxış etdiyi “Zaqreb”də 2002-ci ildə olub. Paytaxt təmsilçisi onun rəhbərliy altında mövsümü 6-cı yerdə başa vurub. Millimizin yeni baş məşqçisinin ən uğurlu fəaliyyəti ikinci iş yeri Zaqreb “Dinamo”sunda olub. Belə ki, o, Xorvatiyanın ən titullu klubuna 2003-cü ildə ölkə Super Kubokunu, növbəti ildə ölkə Kubokunu qazandırıb. 
 

Yurçeviçə "Zalsburq"da da futbol oynamaqla yanaşı, baş məşqçi olmaq da nəsib olub. 2005-ci ildə bu vəzifəyə təyin olunan mütəxəssis 6 matç komandaya rəhbərlik edib. Burdan gedəndən sonra isə həmin ildə sonra qısa müddət Vətənində “Slaven”i çalışdırıb.
 

2006-cı ildən Yurçeviçin karyerasında yeni mərhələ açılıb. Belə ki, o, əvvəlcə 6 il Xorvatiya millisində baş məşqçi Slaven Biliçin köməkçisi kimi çalışdıqdan sonra onunla birgə fəaliyyətini Ruisyada “Lokomotiv”də (Moskva), Trükiyədə “Beşiktaş”da və İngiltərədə “Vest Hem”də davam etdirib. O, 16 illik məşqçi karyerasının 11 ilini məhz Biliçin yanında keçirib. Həmyerlisindən ayrıldıqdan sonra Zaqreb “Dinamo”sunun baş məşqçi postuna qayıdıb. 2018-ci ildə mövsümün gedişində bu posta gətirilən Yurçeviç 2 aylıq fəaliyyətinin sonunda komandaya çempionluq qazandırıb. Ancaq kubokun final matçı gözlənilmədən - mayda onunla yollar ayrılıb. Mütəxəssis bundan sonra Azərbaycan millisinin baş məşqçisi təyin olunanadək işsiz olub.

 

Göründüyü kimi, Yurçeviç millidə ilk dəfə baş məşqçi kimi çalışacaq. O, klublarda baş məşqçi kimi keçiridyi 122 maçda müsbət saldoya malikdi - 52 qələbə, 30 heç-heçə, 40 məğlubiyyət. 

 

Onu da qeyd edək ki, 53 yaşlı Yurçeviçə məşqçilik karyerasında bunadək azərbaycanlı futbolçu ilə işləmək müəssər olub. Bu, soydaşımız olan Aleksandr Səmədovdu. Yurçeviç Biliçlə 2002-ci ilin yayında "Lokomotiv"ə gələndə Səmədov Moskva "Dinamo"sundan icarədən qayıdıb.  

 

 

 




 

19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB