TOP 10

Premyer Liqa klubundan son 90 ilin ən yaxşı göstəricisi

Futbol
Tarix: 2019-02-11 15:38

“Tottenhem” İngiltərə Premyer Liqasının 26-cı turunda “Lester”i 3:1 hesabıyla məğlub edib. Sport24.az xəbər verir ki, bu nəticəylə londonlular yeni rekorda imza atıblar. Bu barədə “The Guardian” nəşri məlumat yayıb.


“Tottenhem” Premyer Liqada ardıcıl 30 oyundur ki, heç-heçə etmir. Komanda 26 turdan sonra 20 dəfə qələbə qazanıb, 6 dəfə isə məğlub olub.


“Tottenhem” Premyer Liqa tarixində 2-ci klubdur ki, bu göstəriciyə nail olur. Bundan əvvəl, 1928/29 mövsümündə “Portsmut” ardıcıl 38 oyun heç-heçə etməmişdi.


Maurisio Poçettinonun rəhbərlik etdiyi kollektiv, turnir cədvəlində 60 xalla 3-cü sırada qərarlaşıb.

22 Fevral 2019
21 Fevral 2019
B.eÇ.aÇC.aCŞB