TOP 10

Millimizin baş məşqçisi bu gün açıqlana bilər

Futbol
Tarix: 2019-02-11 14:54

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş sponsoru SOCAR-ın inzibati binasında AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Sport24.az AFFA-ya istinadən xəbər verir ki, saat 18:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:


1. Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi


2. Aşağı yaş qruplarından ibarət milli komandalara məşqçi təyinatlarının təsdiqi


3. Digər məsələlər

İcraiyyə Komitəsində qəbul olunmuş qərarlar bu gün AFFA-nın saytında yerləşdiriləcək. İclasdan sonra mətbuat üçün brifinq nəzərdə tutulmayıb. Qəbul olunacaq qərarlarla bağlı fevralın 12-də, saat 11:30-da, Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçiriləcək.

19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB