TOP 10

Turun "5-liy"i: Yubileyə də imza atan "Neftçi" oldu, həsrəti bitirən də

Futbol
Tarix: 2019-02-11 15:00

Azərbaycan Premyer Liqasının qış fasiləsindən sonra ilk turu da bir sıra məqamlarla yadda qaldı. Sport24.az onlar arasında "Top-5"i seçərək diqqətinizə çatdırır.

 

 

Mirabdulla Abbasov, Dario Frederiko, Emin Mahmudov...

Cari çempionatda növbəti yubiley qolu vurulub. Bu, 150-ci qol olub ki, ona "Neftçi"nin kapitanı Emin Mahmudov "Keşlə"ylə "Bakcell Arena"dakı matçda imza atıb. Yarımmüdafiəçi 35-ci dəqiqədə hesabı açmaqla tarixə düşüb. Bu çempionatda ilk qolun müəllifi də "Neftçi"nin futbolçusu - hücumçu Mirabdulla Abbasov olub. O, bunu "Sumqayıt"la "Dalğa Arena"dakı matçda hesabı açmaqla reallaşdırıb. Maraqlıdı ki, "ağ-qaralar" onda da 2:0 hesablı qələbəyə sevinmişdi. 50-ci qolun da müəllifi "Neftçi"li olub. Bu, “Səbail”lə 6-cı turda (4:0) fərqlənən braziliyalı yarımmüdafiəçi, qış fasiləsində Cənubi Koreyanın  "Daequ" klubuna keçən Dario Frederiko olub. 100-cü top isə XI turun “Qəbələ” – “Qarabağ” görüşündə (1:3) hesabı açan meydan sahiblərinin nigeriyalı hücumçusu Ceyms Adeniyinin aktivinə yazılıb.

 

Onu da qeyd edək ki, turnir cədvəlində vurulan toplara görə 159 top qeydə alınıb. Ancaq bunlardan 6-sl "Səbail"in 3:0 hesablı texniki qələbələrinə görə qol kimi sayılmır. Beləliklə, 16 turda baş tutan 64 qarşılaşmadan sonra qapılardan 153 top keçirilib. 

 

 

Premyer Liqada 71, "Bakcell Arena"da 105 gündən sonra

"Neftçi" uzun müddət lideri, qış çempionu olduğu Premyer Liqadsa qələbə həsrətini bitirib. Bəli, Roberto Bordinin komandası çempionatda sonuncu qələbəsini dekabrın 1-də "Sabah" üzərində "Əlincə Arena"da 2:1 hesabıyla qazanmışdı. Bundan sonrakı 2 turda heç-heçə edən "ağ-qaralar" "Sumqayıt"la "Bakcell Arena"da 0:0, "Qarabağ"la Tofiq Bəhramov adına Respublika stadionunda 1:1 hesablı bərabərliyə qalmışdı. "Neftçi" çempionatda növbəti qələbəsini 71 gün gözləməli olub. Bu, "Keşlə"ni "Bakcell Arena"da 2:0 hesablı məğlub etməklə gerçəkləşib. "Neftçi"nin son ev qələbəsinin üstündən isə daha çox vaxt keçir. Bu, II dövrənin 2-ci turunda - oktyabrın 28-də "Qarabağ"ı 3:1 hesabıyla məğlub etdiyi matçdı. Göründüyü kimi, "ağ-qaralar" "Bakcell Arena"dan qalib ayrılmaq üçün bir dövrə - 105 gün gözləməli olub.

 

 

Hamını çaş-baş qoyan qol

Hesabat turu kuryoz hadisəylə də yadda qalıb. Belə ki, "Sumqayıt" - "Qarabağ" matçının 20-ci dəqiqəsində qonaqların xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobu topu "çərçivə"yə göndərsə də, qapı toru ilə bağlı problem arenaya toplaşan hər kəsi çaşdırıb. Belə ki, qonaqlar qolu bayram edərkən hakimin qolu qeydə almadığını görüb və dərhal onun üzərinə hücum çəkiblər. Buna isə topun qapı torunu deşərək çölə çıxması səbəb olub. Baş hakim Orxan Məmmədov yan xətt hakimi ilə söhbət edərkən onlara qulaqcıq vasitəsilə topun qapıya daxil olduğunu bildiriblər. Hakimlər də yalnız ondan sonra qolu qeydə alıblar.

 

 

İlk dəfə ardıcıl qələbələr qazandı, 2019-un lideri oldu

Qış fasiləsindən sonra artıq 2 tur arxada qalıb ki, yüzfaizli nəticə göstərən aşkar liderlər olan nə "Neftçi", nə də "Qarabağ"dı. Premyer Liqada bu il keçirdiyi hər qarşılaşmasını qələbəylə başa vuran "Qəbələ" qapısında da top görməyən yeganə komandadı. Sənan Qurbanovun komandası "Sumqayıt"ı evdə, "Sabah"ı səfərdə 1:0 hesabıyla məğlub edib. Maraqlıdı ki, "Qəbələ" cari çempionatda hazırkı gənc baş məşqçisinin rəhbərliyi altında ardıcıl 2 qələbə qazanmamışdı. Buna ilk dəfə 3-cü dövrədə nail olmaq mümkün olur.  

 

 

Yenə həmin duellər, yenə sevinən bir tərəf oldu

 

XVI turda qapılardan 7 top keçib. Bu turda nə böyükhesablı qələbə qeydə alınıb, nə də heç-heçə. Daha bir maraqlı məqam budu ki, hər 4 matçda qolları yalnız bir komanda vurub. Yəni, mərc oyunlarırnın diliylə desək, "qol-qol" qeydə alınmayıb. Bu çempionatda bir dəfə belə şey olub. Maraqlıdı ki, onda da bu komandalar görüşüb. Söhbət IV turdan gedir. Əslində, onda "Səbail"lə "Zirə" "Bayıl Arena"da 1:1 oynamışdı. Sadəcə, qonaqlar protokolda texniki səhvə yol verdiyindən AFFA İntizma Komitəsi tərəfindən 0:3 hesablı texniki məğlubiyyət alıb.

 

Belə götürəndə, bu nəticəni nəzərə almasaq, cari mövsümdə ilk dəfə turda oyunlarda qolları vuran yalnız bir tərəf olub. Maraqlıdı ki, "Neftçi" "Keşlə"yə ilk dövrədə də "Bakcell Arena"da 2:0 hesabıyla qalib gəlmişdi. "Sabah"la "Qəbələ" onda da "Əlincə Arena"da qarşılaşmış və 1 qol qeydə alınmışdı. Sadəcə, həmin vaxt debütant 1:0 hesabıyla qələbə qazanmışdı. Onda qələbə topunun müəllifi olan "Sabah"ın bombardiri Marko Deviç qəhrəman idisə, bu dəfə simulyasiyaya görə hələ ilk hissədə 2 sarı vərəqə alaraq antiqəhrəman oldu. "Qarabağ" "Sumqayıt"ı ilk dövrədə də qol buraxmadan yenmişdi. Ancaq onda "Azərsun Arena"da 1:0 hesablı qələbə olmuşdu. Həmin vaxt da "Qarabağ" xorvatiyalı legioneri Filip Ozobiçlə hesabı açmışdı. Yarımmüdafiəçi onda "Sumqayıt"ın qapıçısı Mehdi Cənnətovu penaltidən məus edərək hazırkı klubunda qol hesabını açmışdısa, bu dəfə "Kapital Bank Arena"da Rəşad Əzizlini topu tordan çıxmağa məcbur etdi. 

19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB