TOP 10

Aquero Premyer Liqada rekorda şərik oldu

Dünya Futbolu
Tarix: 2019-02-11 11:00

İngiltərə Premyer Liqasının 26-cı turu çərçivəsində “Çelsi”yə qarşı keçirdikləri oyun “Mançester Siti”nin futbolçusu Serxio Aquero üçün əlamətdar olub. Sport24.az xəbər verir ki, argentinalı hücumçu Premyer Liqada rekorda şərik olub.

London təmsilçisinin qapısından 3 qol keçirən futbolçu İngiltərə çempionatındakı het-trik sayını 11-ə çatdırıb. Bununla da o, Alan Şirerə məxsus rekordu təkrarlayıb. Növbəti het-triki isə onu mütləq rekordçuya çevirəcək.


Qeyd edək ki, bu, Aqueronun cari mövsümdə 3-cü het-trikidi.

23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB